ADP Azərbaycanın yenidən Rusiyanın təsir dairəsinə salınacağından narahatdır

15:24 17-09-2018 | icon 467 | Siyasət
ADP Azərbaycanın yenidən Rusiyanın təsir dairəsinə salınacağından narahatdır

ADP İdarə Heyətinin növbəti toplantısında ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

 

Versus.Az xəbər verir ki, bu brədə Partiyanın Mətbuat Xidmətinin məlumatında bildirilir.

 

Toplantı iştirakçıları ilk növbədə Bakının və ətraf rayonların bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən hərbi paradla bağlı məsələyə münasibət bildirib.

 

Qeyd edilib ki, 100 il bundan əvvəl tərkibinə Azərbaycanın milli qüvvələrinin də daxil olduğu, böyük türk sərkərdəsi Nuru Paşanın başında durduğu Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-erməni işğalından azad edilməsi Azərbaycanın istiqlala gedən yolunun açılmasında, torpaqlarımızın düşmən işğalından xilas olmasında, Türkiyə-Azərbaycan qardaşlığının əbədi və dönməz olmasında böyük rol oynayan tarixi bir hadisə olmuş və keçirilən bu hərbi parad hazırkı dövrdə təcavüzkar Ermənistana, onun himayədarlarına Türkiyə-Azərbaycan birliyinin örnəyi kimi dəyərləndirilməlidir. Partiya yetkililəri Türkiyə-Azərbaycan birliyini əks etdirən bu cür tədbirlərin təkcə yüz illiklərə aid tədbirlərdə deyil, hər zaman, hər iki ölkənin ayrı-ayrı yerlərində, daha geniş, daha ardıcıl şəkildə keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

 

İdarə Heyəti son vaxtlar “beşinci kolon”un daşıyıcısına çevrilmiş şəxslərin nəyin bahasına olursa-olsun Azərbaycanı yenidən Rusiyanın təsir dairəsinə salmaq cəhdlərini qətiyyətlə pisləyib. Partiya rəsmiləri Azərbaycanın Rusiya tərəfindən işğal və ilhaq edilməsindən keçən 200 yüz il ərzində millətimizin hansı məşəqqətlərə düçar olmasını diqqətə çəkərək bu cür rusbaşlı, antimilli qüvvələri bu zaman kəsiyində vətənimizin o tay, bu taya bölünmsini, millətimizin rus-bolşevik müstəmləkəsinin əsarətinə düçar olmasını, tarixi ərazilərimizdən xalqımızın sürgün edilərək yerinə soyu, yurdu bəlli olmayan erməni köçünü gətirməsini, milli mənəvi dəyərlərmizin, dini etiqadımızın aşağılanmasını, maddi sərvətlərimizin amansızcasına talan edilməsini, 37-ci ilin ağır represiya illərini,  qanlı 20 yanvar faciəsini, 20-ci əsrin ən dəhşətli Xocalı faciəsini, bir milyondan artıq yurddaşımızın qaçqın və didərgin halına salınmasını, Dağlıq Qarabağın və ətraf rayonların təcavüzkar Ermənistan dövlətinin işğalında aparıcı rol oynayan rus siyasətinin acı nəticələrini unutmamağa çağırıb və xalqımızı müstəqiliyimizə, suverenliyimizə dönük çıxan bu qüvvələrə qarşı var gücü ilə mübarizə aparmağa səsləyib.

 

İdarə Heyəti 15 sentyabr yeni dərs ilinin başlaması ilə əlaqədar çoxsaylı müəllim kollektivini, yeni tədrisə başlayan şagirdlərimizi təbrik edib, onların cəmiyyətimizin gələcək inkişafında  müstəsna rolunu diqqətə çatdırıb. Eyni zamanda son vaxtlar ali təhsil ocaqlarında təhsil haqqlarının misli görünməmiş şəkildə artırılmasından narahat olduğunu bildirən partiya rəsmiləri, hakimiyyəti xalqın təhsil alma hüququnun məhdudlaşdırılmasına, onları təhsil haqqına görə sosial gərginliklərlə üz-üzə qoyması siyasətindən əl çəkməyə, xüsusi tipli təhsil ocaqlarını çıxmaqla digər təhsil məktəblərində təhsil haqqını azaltmağa, aztəminatlı ailələrin uşaqlarının pulsuz təhsil almasına münbit şərait yaratmağa çağırıb.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı