"Kəlbəcər və Laçından artıq geriyə - cəhənnəmə köç edir"

12:22 15-11-2020 | icon 362 | Siyasət
"Kəlbəcər və Laçından artıq geriyə - cəhənnəmə köç edir"

Bəhruz Məhərrəmov: "İlham Əliyev erməninin həmin o ruhunu, inamını, əminliyini qırdı"

 
 
Azərbaycanın işğal altında qalan əraziləri azad olundu. Sentyabrın 27-dən noyabrın 8-nədək birinci mərhələni qalibiyyətlə başa vuran Azərbaycan ordusu, estafeti diplomatiyaya ötrüb və üçtərəfli razılaşmaya əsasən təmizlənmə əməliyyatı davam edir. Belə bir gərgin məqamda  27 ildir qaçqın kimi yaşayan azərbaycanlıların keçirdiyi hisslər ölçüyə gəlməz və insanlarımızın düşüncələrində vətənə qayıdış hazırlığı gedir. Nə baş verir?
 
 
 
Versus.az xəbər verir ki, mövcud vəziyyəti təhlil edən millət vəkili Bəhruz Məhərrəmov maraqlı nüanslara diqqət çəkib. 
 
 
Millət vəkili torpaqlarımız azad olunduqca ölkə ərazisində yaşanan hisslərin səbəblərini izah edib:
 
 
"Yəqin ki, diqqət etmisiz, Vətən müharibəsi dövründə, hər dəfə kənd və şəhərlərimiz geri alındıqca televiziyalarımız məcburi köçkün ailələrində qonaq olur, onlar da “artıq köçkün olmamağın” sevincli duyğularını bölüşürdü. Bu reportajlardan aydın olurdu ki, demək olar ki, bütün ailələr məcburən qoyub gəlməli olduğu evlərin açarlarını hələ də saxlayır. Demək ki, 27 uzun və məşəqqətli il heç kimin ümidini qırmayıb, hamıda bir qayıdış imanı, evə dönüş inancı olub.
 
 
Hərbi qələbəmizin məcburiyyəti altında bu gün ermənilər 27 il ərzində qanunsuz məskunlaşdıqları Kəlbəcər və Laçından artıq geriyə - cəhənnəmə köç edir. Yəqin ki, BBC telekanalının yayımladığı reportajı gördünüz. Ermənilər götürə biləcəkləri hər şeyi, hətta unitaza qədər özləri ilə aprırlar, evi, yardımçı tikililəri həyət-bacadakı ağacları, hətta ətrafdakı meşələri yandırıb gedirlər. Bu nə deməkdir? Bu o deməkdir ki, erməni bir daha özünün heç vaxt olmamış və olmayacaq bu torpaqlara qayıtmayacağını dəqiq bilir. Bu işğalçının ümid körpüsünün yanmasıdır, bu çağırılmamış “qonaqlar”-ın təcavüzkar ruhunun cəhənnəm alovudur!
Biz hərb meydanında düşməni yalnız məğlub etməmişik, ən vacibi biz düşmənin ümidlərini, inamını qırmışıq. Bu həqiqətən çox vacib nüansdır. Özümüzə sual verək, erməni vəhşilikləri niyə davamlı olub? Elə son bir əsri götürək, niyə 1905-1907, 1918-1920, 1948-53 və nəhayət 80-ci illərin sonundan etibarən törətdiyi vəhşi əməllər, hər yeni təcavüz aktı əvvəlkindən daha azğın, daha təhlükəli xarakter daşıyıb? – Çünki, Vətən müharibəsinə qədər heç vaxt erməniyə tam, layiqli cavab verməmişik. Haqqı danmaq olmaz, bəli, bizim Allahverdi Bağırov, Əlif Hacıyev, Əliyar Əliyev, Mübariz İbrahimov, Şaiq Kəlbiyev və daha yüzlərlə ermənilərin qorxulu yuxusuna çevrilmiş igilərimiz olub, lakin, son nəticədə bütövlükdə ermənilər cəzasız qalıb, son 120 ildə hər təcavüz aktından sonra erməni bir az da irəliləyib, Azərbaycanın içərilərinə doğru daha möhkəmlənib. Daha sonra barışıq, dostluq, “Qardaş olub Hayastan-Azərbaycan” mahnıları və unutqanlıq. Lakin ağzında qələbənin şirəsi qalmış erməni heç vaxt unutmayıb, yeni təcavüz üçün, yeni ərazilər üçün imkan və məqam gözləyib. İllərlə cəzasız qaldığı üçün də özünə inanıb, istənilən halda qələbəsinə əmin olub. Bax, Vətən müharibəsində Prezident İlham Əliyev erməninin həmin o ruhunu, inamını, əminliyini qırdı. Bununla da illər sonra nəhayət erməniyə “dur” deməyi bacaran tapıldı. Erməni nəhayət xəyanətin, təcavüzün, işğalın, barbarlığın cavabını aldı".
 
 
 
B.Məhərrəmov bildirib ki, bu gün ermənilər revanş həsrəti ilə alışıb yanır:
 
 
"Lakin, əmin ola bilərsiz, bundan sonra bizim qarşımıza çıxacaq erməni çətin ki tapıla. Ən azından 44 günlük müharibədə döyüş meydanında qarşımıza çıxmağa “cəsarət etmiş” erməni əsgəri və zabiti bundan sonra bir də eyni “qələti” etməyəcək. Yəni, döyüşən ordudur, ordu da qaçır, daha döyüşmək istəmədiyini, Azərbaycanın əzici gücü qarşısında davam gətirmədiyimi açıq şəkildə bildirir. Bunu biz demirik, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyir, açıq etiraf edir ki, artıq Azərbaycana qarşı döyüşməyə cəsarət edən yoxdur, kapitulyasiyanı məhz ordusunun təkidi ilə imzalayıb. Əlbəttə, yəqin ki, sosial şəbəkələrdə dediklərimin əksi olan mənzərə ilə qarşılaşa, “yenidən döyüşə can atan” erməniləri görə bilərsiz. Amma əmin olun, bu psevdovətənpərvərlər, “qisas” və “yeni ərazilər” naminə müharibə istəyənlərin hamısı Ermənistanda səfərbərlik zamanı qaçıb gizlənənlər, ordudan yayınanlar və bir də ermənistandan kənarda, Fransada, Amerika Birləşmiş Ştatlarında siqarlarını tüstüklədib viskisini içənlərdir. Onlardan da Ermənistana yar omaz, necə ki, olmayıb.
 
Əlbəttə düşmən düşməndir. Biz arxayınlaşmamalı, hər bir ehtimalı göz önünə gətirməli, bütün ssenarilərə hazır olmalıyıq, hazırıq da. Sadəcə necəki, erməni bilir, gərək biz də bilək, yeni bir müharibə ehtimalı Ermənistanın növbəti məğlubiyyəti yox, dövlət olaraq tam iflası olacaq.
Bu gün ən vacib vəzifəmiz bu müzəffər ruhu və birliyimizi mühafizə etməkdir. Bunun isə bir yolu var, Ali Baş Komandanın ətrafında daha sıx birləşmək, Vətən müharibəsindəkində də daha sıx! Unutmayaq, düşmənin rüsvayçı məğlubiyyəti ilə bitən döyüşlərdir, mübarizəmiz isə hələ davam edir.
Allah Azərbaycanı qorusun!"
 
 
SEVDA
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR