Cüdoçularımızın rəqibləri müəyyənləşdi

04:27 19-11-2020 | icon 521 | İdman
Cüdoçularımızın rəqibləri müəyyənləşdi

Noyabrın 19-da Çexiyanın paytaxtı Praqada start götürəcək Avropa çempionatında cüdoçularımızın rəqibləri müəyyənləşib.

 

Versus.az xəbər verir ki, qitə çempionatında kişilər arasında 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə moldovalı Vadim Bunescu, Orxan Səfərov italiyalı Manuel Lombard, 73 kiloqram çəkidə Rüstəm Orucov lüksemburqlu Claudio Nunes Dos Santos, Telman Vəliyev belaruslu Vadzim Şoka, 81 kiloqram çəkidə Murad Fətiyev yerli idmançı Jaromir Musil ilə güclərini sınayacaqlar.

 

Ağır çəkilərdə Məmmədəli Mehdiyev (90 kq) niderlandlı Jesper Smink, Zelim Kotsoyev polşalı Oleksii Lysenko, Elmar Qasımov (hər ikisi 100 kq) rumıniyalı Eduard Serban, Uşangi Kokauri (100 kiloqramdan yuxarı) rusiyalı Tamerlan Başayev və macarıstanlı Riçard Sipocz cütünün qalibi ilə mübarizə aparacaqlar.

 

Qadın cüdoçuların yarışında Aişə Qurbanlı kosovalı Distria Krasniqi, Leyla Əliyeva (hər ikisi 48 kq) Katharina Menz, Gültac Məmmədəliyeva (52 kq) gürcüstanlı Tetiana Levytska-Şukvani, Aleksandra-Larisa Florian (57 kq) niderlandlı Sanne Verhagen, İrina Kindzerska (78 kiloqramdan yuxarı) ispaniyalı Sara Alvarez və serbiyalı Milisa Zabis cütünün qalibi ilə güclərini sınayacaqlar.

 

Avropa çempionatı noyabrın 21-dək davam edəcək. Qitə birinciliyində 40 ölkədən 355 cüdoçu iştirakını təsdiqləyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezident və Birinci vitse-prezident Ağdama səfər ediblər - VİDEO

“Ağdamın yerində xarabalıq görmək məni çox incidir” - MÜSAHİBƏ

Biri şəhid, biri qazi olan qardaşlar - VİDEO

Cavidin timsalında şəhidlərimizə deyəcək bir sözümüz var: SAĞ ƏLİNİ BAŞIMA ÇƏK, ŞƏHİDİM!

ADI KİMİ VÜQARLI...

Nazirlik qazimizlə bağlı hərəkətə keçdi - FOTO

Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Türkiyə səfirliyindən Azərbaycana təbrik - FOTO

Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - VİDEO

Salam, əziz KƏLBƏCƏR, biz GƏLdik, biz BACARdıq!

Səfərbərliyə cəlb edilən tələbələrə akademik məzuniyyət veriləcək

Azərbaycanlı hərbçilər Kəlbəcərdə - FOTO

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var