“Və yaxud, “o kimdir ki, onunla bir yerdə olaq, o, hakimiyyətin əlaltısıdır...”” - MÜSAHİBƏ

14:09 26-09-2018 | icon 910 | Siyasət
“Və yaxud, “o kimdir ki, onunla bir yerdə olaq, o, hakimiyyətin əlaltısıdır...”” - MÜSAHİBƏ

Bax belə söhbətlər müxalifətin birləşməsinə problemlər yaradır

 

 

 

Fuad Əliyev:Kimsə başqasının bir fikri ilə razılaşmayanda dərhal onu beşinci “kalon” adlandırırlar”

 

 

Azərbaycan Liberal Demokrat Partiyasının sədri (ALDP) Fuad Əliyevin Versus.Az-a müsahibəsi

 

“Bu mübarizədə Rusiya qalib cıxarsa...”

 

- Fuad bəy, ölkənin daxilində və beynəlxalq müstəvidə cərəyan edən prosesləri təhlil etsək, yaranmış mövcud vəziyyətin  siyasi partiyalarımızın fəaliyyətində hansı yenilikləri ortaya çıxardığını söyləyə bilərsiniz. Sizcə iqtidar və müxalifətdə müşahidə olunan daxili münasibətlər nə dərəcədə qanedicidir?

 

- Beynəlxalq müstəvidə gedən prosesləri Azərbaycana tam aid etmək düzgün olmazdı. Lakin bunun nəticələri Azərbaycana təsir edə bilər. Məlumdur ki, ABŞ, İngiltərə, Kanada və bəzi Avropa ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Bu “sanksiyalar muharibəsinin” qalibi kim olacaqsa, Azərbaycanda hansı siyasi dəyişikliyin olacağını biləcəyik. Bu mübarizədən Rusiya qalib cıxarsa, deməli bizdə heç bir dəyişiklik olmayacaq, Qərb qalib olacaqsa, onda Azərbaycanda demokratik mühüt yaranacaq.

 

“Hələ ki, kimlərəsə” cüzi “ianələr” verilməklə öz təsirini üzərimizdə saxlayır”

 

Lakin hələ ki, nə Qərb, nə də Avropa Azərbaycanda demokratiyanın  qurulmasında maraqlı deyil və bizə əhəmiyyətsiz yanaşır. Avropa  Birliyi, Qərb üçün regionda gücü olan Rusiya siyasəti üzərində işləmək daha maraqlıdır. Bu mövqe Avropa Parlamentinin deputatı, litvalı politoloq Vitautas Landsberqislə Bruseldə keçirdiyim görüş zamanı da bir daha ortaya qoyulmuşdu. Həmin vaxt mən Azərbaycanın probemlərini və ölkəyə demokratiyanın gətirilməsində Qərbin, Avropanın laqeyd mövqeyini qeyd edəndə, avropalı deputat Avropa  üçün yalnız Rusiyanın maraqlı olduğunu söyləmişdi. Bir sözlə, Avropanı nə Qarabağdakı vəziyyət, nə torpaqların işğalı, nə xalqların durumu, nə də demokratik təsisatların inkişaf etdirilməsi məsələsi düşündürmür. Onların ölkəmizə olan səfərləri turist gəzintisindən başqa bir şey deyil. Deməli, Qərbin Azərbaycana diqqəti yalnız Rusiya üzərində strateji qələbəsindən sonra baş verə bilər. Böyük dövlətlər arasında uzun müddət davam edən nüfuz davasında bizim kimi kiçik dövlətlər əzilir. Təbii ki, Azərbaycanda ciddi işlər aparmaqda maraqlı olmayan Qərb, eləcə də Avropa müəyyən siyasi qruplar vasitəsilə başqatıcı siyasətini yürüdür və kimlərəsə cüzi “ianələr” verilməklə öz təsirini üzərimizdə saxlayır.

Bütün bu proseslər dolayısı ılə daxildə iqtidar-müxalifət partiyalarının fəaliyyətinə də təsir edir. Müxalifətin əksər hissəsi qərbyönümlü olduğuna görə, rusiyapərəst hakimiyyət tərəfindən “sıxışdırılıb”, fəaliyyəti sıfır dərəcəsinə çatdırılıb. Amma bütün bu həbslərə, təzyiqlərə baxmayaraq, müxalifət fəaliyyətini davam etdirir.

 

- ALDP özü yeni mövsümə hansı templə başlayıb. Daxili və xarici proseslərin fonunda qarşılıqlı əməkdaşlıq və qüvvələrin parlament seçkilərinə qədər birləşdirilməsi ideyasının gerçəkləşdirilməsi ilə bağlı problemlər aradan qalxıbmı?

 

- Biz qəbul etdiyimiz qərarlara əsasən istər daxildə, istərsə də xarici partiyalarla əməkdaşlıq çərçivəsində öz fəaliyyətimizi davam etdiririk. Hazırda Bələdiyyə seçkilərinə hazırlaşırıq. Bələdiyyə seçkilərinə hazırlığa parlament seçkilərinə hazırlıq kimi baxırıq. Üç ildir ki, partiyamızda yenilənmə işləri gedir, yeni üzvlər qəbul olunub, artıq demək olar ki, partiyanın Gənclər Təşkilatı tam formalaşıb və bu baxımdan gənclərin öz güclərini sınamaq, təcrübə yığmaq üçün bələdiyyə seçkilərində iştrakımız önəmlidir. O ki, qaldı seçkilərdə digər partiyalarla birgə iştrakımıza, bu məsələ gündəmdə deyil. Vaxtı çatanda reallığa uyğun olaraq addım atıb, qərarımızı verəcəyik.

 

“Müxalifət partiyaları əlimizdən tutmadılar”

 

- Fuad bəy, Real Partiyasının sədri həbsdə olarkən bir çox partiya yetkililəri deyirdilər ki, İlqar Məmmədov azadlığa çıxandan sonra müxalifət düşərgəsinin fəaliyytində ciddi bir dönüş olacaq. Sanki müxalifət partiyaları arasında “mənəmlik” iddiası kənara atılacaq, vahid bir ideya uğrunda birləşərək ölkənin problemlərinə qarşı birgə mübarizə üsulları tapılacaqdı. Sizcə gözləntilər özünü doğrulda bilirmi, nələr baş verir?

 

- Vahid bir ideya uğrunda birləşmək üçün liderlər şəxsi ambisiyalarını kənara qoymalıdırlar. Bizizm müxalifətdə kimsə bir fikirlə razılaşmayanda dərhal onu beşinci “kalon” adlandırırlar. Və yaxud  “o kimdir ki, onunla bir yerdə olaq, o hakimiyyətin əlaltısıdır” deyirlər, daha demirlər ki, o adam yox, sənin liderin hakimiyyətin əlaltısıdır. Bax belə söhbətlər müxalifətin birləşməsinə problemlər yaradır. Biz dəfələrlə müxalifətin birləşməsi, həmrəy olmasının vacibliyi yönündə addımlar atmışıq, təşəbbüslər göstərmişik. Amma çox təəssüflər olsun ki, digər müxalifət partiyaları əlimizdən tutmadılar. Görünür onlara bu birlik lazım deyil. O ki, qaldı İlqar Məmmədova, onun fəaliyyəti hələ ki, görsənmir. Yəqin ki, özü dediyi kimi hələ səhhəti ilə məşğuldur. Yaxud o da bu gün müxalifətdə “mənəmlik” edən siyasi qüvvələrin sırasında dayanacaq. Yəni belə davam edərsə, gözləntilərimiz suya düşəcək.

 

“Onlar hakimiyyətlə yox, müxalifətdə birincilik uğrunda mübarizə aparırlar”

 

- Belə fikirlər var ki,  müxalifətdə olan bəzi partiyalar – AXCP və Müsavat Realı -  İlqar Məmmədovu  yeni bir “cəbhə” kimi görməyə başlayıb. Sizcə “əsas müxalifətçilik” uğrunda mübarizə aparanlardan hansı partiyanın şansı çoxdur? Bu partiyaların “ulduzları” barışa bilərmi?

 

- Məncə bu sualı adını çəkdiyiniz partiya sədrlərinə ünvanlasanız daha düzgün olardı. Təbii ki, mən onların mövqeyindən çıxış edə bilmərəm. Lakin onu deyə bilərəm ki, “əsas müxalifətçilik uğrunda mübarizə” nə qədər məntiqsiz səslənsə də, təəssüf ki, belə partiyalar var. Onlar hakimiyyətlə yox, müxalifətdə birincilik uğrunda mübarizə aparırlar. Hakimiyyətlə mübarizə, vətəndaşların problemləri qalıb bir kənarda  bunlar müxalifətin lideri olmaq üçün mübarizə aparırlar. Yuxarıda qeyd etdiyim kimi, iqtidar elə bir şəraiət yaradıb ki, partiyaların nəinki hakimiyyət uğrunda mübarizə aparmağa, heç müxalifətdə birincilik uğrunda mübarizə aparmağa gücü yoxdur. Mən müxalifətdə “birincilik” uğrunda yox, hakimiyyətə qarşı mübarizədə birləşmənin tərəfdarıyam.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Dünyanın ən yaxşı ordularına malik ölkələr

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB