“Əsarətdən azadlığa QARABAĞ” - KONFRANS

10:46 28-11-2020 | icon 455 | Cəmiyyət
“Əsarətdən azadlığa QARABAĞ” - KONFRANS

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, qardaş Türkiyənin nüfuzlu həmkarlar təşkilatlarından olan “Memur-Sen”in Baş Mərkəz Qadın Komitəsinin təşkil etdiyi “Əsarətdən azadlığa QARABAĞ” mövzulu “onlayn- konfrans”da məruzə ilə çıxış edib.

 

Versus.Az xəbər verir ki, “Memur-Sen” Konfederasiyası Baş Mərkəzində gerçəkləşdirilən proqrama, “Memur-Sen” başqanı Ali Yalçın, “Memur-Sen” Qadınlar Komitəsi başqanı Sıdıka Aydın və “Memur-Sen”in birləşmiş qadın təşkilatları qatılıb.

 

“Memur-Sen” Baş Mərkəz Qadınlar Komitəsi başqanı Sidika xanım Aydının aparıcısı olduğu konfrasda, cənab Ali Yalçın salamlama nitqi söyləyərək, Azərbaycan ordusunun illərdir Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi vəsiləsiylə belə bir toplantı keçirməyi məqsədəuyğun bildiklərini söylədi:

 

“Can Azərbaycanı hərbi uğuruna görə bir daha təbrik etmək istəyirik. “Memur-Sen” olaraq, bu mübarək mücadilənin sevincini bölüşdüyümüzü ifadə edirik. Sevincliyik ki dost, qardaş, can Azərbaycanımız işğal altında olan torpaqlarını azad etdi və bu torpaqlardakı ruhu yenidən canlandırdı. Tarixə düşən bu mücadilələri münasibəti ilə başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla hər kəsi təbrik edirik! Mücadilə müddətində Dağlıq Qarabağ mövzusu Türkiyədəki qurum-quruluşların da gündəmindən düşmədi. Azərbaycan ziyarətimizdə də vurğulamışdım: Laylamız Qarabağ, türkümüz Qarabağ, ümidimiz Qarabağdır, sevincimiz də Qarabağ olacaq. Çox şükür, sevincimiz Qarabağ oldu”!

 

Xanım Sıdıka Aydın da ürək sözlərini bölüşüb:

 

“Qarabağ içimizdə qalan bir közdü. Bu gerçək türkülərimizə qədər işləyib. 30 ildir azadlıqdan, demokratiyadan yana olduqlarını iddia edən dünya dövlətlərinin dəstəyi ilə Ermənistan tərəfindən işğal edilən Qarabağ, könlümüzdə atəş, zehnimizdə soyqırım izləri buraxıb. Uluslararası sistemdə söz sahibi olanlar işğalın üstünü pərdələmək üçün əllərindən gələni etdi. Amma tarix və həqiqət siyasətin üstündədir. “Memur-Sen” olaraq hər zaman ədalətin, insanlığın səfində yer alaraq, inancımızla bu mücadiləni mənəvi cəhətdən dəstəklədik, bunu qədim qardaşlığımızın gərəyi olaraq gördük. Qadınlar Komitəmiz 81 rayon təşkilatında yüzlərcə dəfə “Quran” xətm edərək Azərbaycan şəhidlərinə bağışladı”.

 

Sonra söz məruzə etməkçün Qənirə Paşayevaya verildi. “Video-konfrans” üsulu ilə toplantıya qatılan Qənirə Paşayeva, “Memur-Sen”ə və Qadınlar Komitəsinə bu konfrans və konfransa dəvətə görə təşəkkürlərini yetirdi:

 

“Bu müharibə Azərbaycan üçün müqəddəs müharibəydi, çünki torpaqlarımızı işğaldan qurtarırdıq. Necəki Çanakkalada dədələrimiz, nənələrimiz “söhbətin mövzusu Vətənsə, gerisi təffərrüat” demişdi, eyni düşüncələr ilə biz də Azərbaycan Böyük Vətən Müharibəsinə başladıq və torpaqlarımızı işğaldan qurtardıq. Kəlbəcər bölgəmiz bugün işğaldan qurtarıldı və bugün bayrağımız orada dalğalanır. Azərbaycan bayrağı ilə birlikdə Türkiyə bayrağı da dalğalanır. – İşğaldan qurtarılan bütün bölgələrə hər iki bayrağımızla girdik. Çünkü biz özümüzü məhz “bir millət iki dövlət” olaraq görürük. Biz Azərbaycanlılar qardaş Türkiyənin öz hökuməti ilə, siyasi partiyaları ilə, vətəndaş cəmiyyəti institutları ilə, “Memur-Sen” kimi quruluşları ilə Azərbaycanı yalnız buraxmadığını bilirik”.

 

Ermənistanın öz havadarlarına arxalanaraq, öz işğalını hüquqən qəbul etdirmək istəyində olduğunu qeyd edən Qənirə Paşayeva, belə güclərin bütün dərdlərinin Azərbaycanı zəif düşürmək olduğunu söyləyib. O, Fransa senatının Azərbaycanın ərazi bütünlüyü əleyhinə qətnaməsini kəskin tənqid edərək, Fransa kimi dövlətlərin Türkiyə ilə Azərbaycanın birliyinin güçlənməsindən rahatsız olduğunu deyib.

 

Komitə sədri virtual görüşdə Azərbaycanın tarixi zəfərinin bölgədə yaratdığı yeni situasiyadan, Azərbaycan-Türkiyə qardaşlığının Qafqazlara vəd etdiyi dayanıqlı əmin-amanlıqdan ətraflı danışıb.

 

Qeyd edək ki “Memur-Sen”in onminlərlə üzvü var və bu qurumun daxilində qadın təşkilatı özünün fəallığı ilə seçilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...