Rasim Musabəyovun Rusiya TV-də özünü göstərməkliyi yoxsa...
Məhəmməd Əsədullazadə: “Rasim Musabəyov uğursuz, dövlət maraqlarımıza zidd müsahibə verib”
Azərbaycan 44 günülük Vətən Müharibəsini qələbə ilə başa vurdu. İşğalda olan bir neçə rayon üçtərəfli razılaşmaya əsasən diplomatik rakusda azad edildi. Bu gün də Azərbaycanın ərazi suverenliyinin tam təmin olunması prosesi regionda yerləşən Rusiya sülhməramlı missiyanın iştirakı ilə davam etdirilir. Qarabağda erməni işğalına qarşı aparılan mübarizədə qardaş Türkiyənin danılmaz dəstəyi var və bu, birmənalı olaraq hər dəfə yüksək səviyyələrdə qeyd olunub. Azərbaycan ictimaiyyəti Qarabağda siyasi dəllalların, erməni havadarlarının ölkəmiz üçün təhlükəli gedişlərinin qarşısının alınmasını məhz Türkiyənin regiona gəlişi ilə mümkün hesab edir və bu məsələyə həssaslıq göstərirlər. ATƏT-in Minsk qrupu dövlətlərinin 27 ildir Qarabağda apardığı siyasətin səmərəsizliyi bəllidir və hansısa qüvvələrin ölkə siyasətinə müdaxilə edərək, Azərbaycanın qələbəsinə kölgə salmaq və Türkiyə-Azərbaycan birliyinə, zərbə vurmaq cəhdləri müşahidə olunur. Daim Azərbaycana qarşı informasiya müharibəsində ölkəmizi zərbə altına qoyan Rusiya mediasının bu dəfə öz siyasətini “seyid əhməd əli” ilə aparması birmənalı qarşılanmır. Bu mənada politoloq Rasim Musabəyovun NTV-yə müsahibəsində Türkiyə ordusunun Qarabağa gəlişinin təhlükəli hesab etməsi tənqid olunub.
Məsələyə münasibət bildirən MCP sədr müavini Məhəmməd Əsədullazadə bildirib ki, Rasim Musabəyov politoloq kimi uğursuz, dövlət maraqlarımıza zidd müsahibə verib. Onun sözlərinə görə, Rasim Musabəyov kəskinlikə qınanmalı və bağışlanmamalıdır:
“Onun "Türkiyə əsgərinin Qarabağda olmamalıdır"- açıqlaması ermənilərin marağını müdafiə etməsidir. Həmçinin bu açıqlama Azərbaycan dövlətinin siyasətinə, prezident İlham Əliyevin xəttinə qarşı gəlməkdir. Çünki Azərbaycan prezidenti çalışır ki, Türkiyə əsgəri Qarabağda olsun və orada birgə sülhməramlı missiyada yer alsın. Amma Rasim Musabəyov buna qarşı gəlir”.
PƏRİ
Versus.Az
Xəbər lenti
Bəzi tikinti materialları BAHALAŞACAQ
Bəs bu qaydalar tikinti sektoruna necə təsir edəcək?