Şuşadakı bu tədbir dünya ictimaiyyətinə uğurlu təqimat oldu

14:00 27-07-2023 | icon 553 | Siyasət
Şuşadakı bu tədbir dünya ictimaiyyətinə uğurlu təqimat oldu

Elşad Mirbəşir: "İşğaldan azad etdiyimiz ərazilərin siması sürətlə dəyişməkdədir"


“Qlobal Media Forumunun Şuşada təşkil olunması olduqca əhəmiyyətli və tarixi bir hadisə idi. Çünki Şuşada Azərbaycan xalqının, dövlətinin növbəti dəfə dünya ictimaiyyətinə uğurlu təqimatı baş tutdu”.


Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşad Mirbəşir Şuşa Qlobal Media Forumunun əhəmiyyəti və oradan dünyaya verilən mesajlarla bağlı açıqlamasında bildirib.

 

E.Mirbəşir bildirib ki, Forum çərçivəsində dünyanın 49 ölkəsinin mətbuat təmsilçiləri Azərbaycanın işğaldan azad olmuş ərazilərinə səfər etdi, Ermənistanın işğalçılıq siyasətinin, vandalizminin izlərini görməklə yanaşı, eyni zamanda torpaqlar azad olunandan sonra çox böyük dinamikliklə həyata keçirdilən işləri müşahidə etdilər:

“Qısa zaman ərzində işğaldan azad etdiyimiz ərazilərin siması sürətlə dəyişməkdədir. Ölkə Prezientinin də qeyd etdiyi kimi həmin ərazilər dünyanın ən gözəl məkanlarından birinə çevriləck. Prezident həm də qeyd etdi ki, Şuşa təkcə regionun deyil, dünyanın ən gözəl şəhərlərindən biri olacaq. Şuşada həyata keçirdilən quruculuq işlərinin miqyasını görən dünyanın mötəbər KİV təmsilçiləri bu haqda aydın təsəvvürlərə malik oldular”.

 

Deputat Forumda diqqət çəkən ikinci vacib məqam kimi Azərbaycan Prezidentinə ünvanlanan 10-larla suala dövlət başçısının dövlət mövqelərini, prioritetlərini, hədəfərini çox dəqiqliyi ilə çatdırması məqamını qeyd edib. Onun sözlərinə görə, Azərbaycan dünya dövlətləri ilə çox fəal əməkdaşlıq edən, münasibətlərini inkişaf etdirən ölkədir. O, bildirib ki, təbii ki, bu münasibətlər sistemində olan ölkələr də Azərbaycanın müxtəlif məsələlərlə bağlı mövqeləri haqqında təsəvvürlərə malik olmaqla öz baxışlarına, davranışlarına korrektələr edib, gələcək addımlarını koordinasiya edə bilərlər:

“Azərbaycanın bir sıra ölkələrlə münasiətinin xarakterinə dair suallar verildi. Ölkə Prezidenti o sualları cavablandırdı. Ola bilsin ki, bir sıra təsəvvürləri dəyişmiş oldu. Bu da əhəmiyyətli məsələdir.
Azərbaycan-Ermənistan münasibtlərinin normallaşması ilə bağlı suala cavab verərkən ölkə Prezidenti növbəti dəfə bildirdi ki, əsl sülh tərəfdarı və təşəbbüskarı elə Azərbaycandır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirir, ancaq praktiki addım atılmır. Azərbaycan prezidenti həmçinin, Azərbaycan ərazisində yaşayan ermənilərlə bağlı mövqeyimizi bir daha bəyan etdi. Bildirdi ki, onlar Azərbaycan vətəndaşları kimi öz mövcudluqlarını tam təhlükəsizlk şəraitində davam etdirə bilərlər. Artıq Azərbaycan tərəfi ermənilərin reinteqrasiyası üçün çağırış edib. Həmçinin, bildirdi ki, artıq üçüncü çağırış olmayacaq. Qeyd etdi ki, biz ki dəfə bu istiqamətdə ciddi çağırış etdik, Azərbaycanın bu təşəbbüsü ermənilər tərəfindən dəyərəndirilməli idi. Ölkə Prezidenti mövqeyini belə ifadə etdi: Ermənstanın bütün cinayətlərinə baxmayaraq yenə də Azərbaycan münasibtlərin normallaşmasının tərəfdarıdır, ancaq Ermənistanın törətdiklərini də heç vaxt unutmuruq və inutmayacağıq”.

 

E.Mirbəşir qeyd edib ki, ölkə prezidenti, eləcə də regionda, qlobal müstəvidə cərəyan edən proseslərlə bağlı, Qoşulmama Hərəkatına rəhbərliyi, bu dövrdə atılan addımlar və Azərbaycanın digər prioritetləri ilə bağlı suallara əsaslandrılmş cavablar verdi. Beləliklə, dünya ictimaiyyəti bir daha əmin oldu ki, Azərbaycan prezidenti kifayət qədər praqmatik, mətbuata açıq bir liderdir.

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...