“Fransa nəinki həmsədrlikdən, həm də üzvülükdən uzaqlaşdırılmalıdır”

19:15 08-12-2020 | icon 378 | Geopolitika
“Fransa nəinki həmsədrlikdən, həm də üzvülükdən uzaqlaşdırılmalıdır”

Mütəllim Rəhimli: Yaxın gələcəkdə ABŞ-ın da müdaxilə cəhdlərini görəcəyik

 

 

Fransa Senatından sonra Milli Assambleya da "DQR"-in tanınması ilə bağlı qətnamə qəbul edib. Senatın qərarını adekvat qiymətləndirməyən diplomatiyamız onun kağız parçasından başqa bir şey olmadığını bəyan etmişdi. İndi isə prosesin təhlükəliliyini anlayaraq Fransaya nota vermək məcburiyyətində qalıb.

 

Versus.Az xəbər verir ki, bunu Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Fransanın erməni mövqeyindən l çəkməməyi ilə bağlı açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, Fransa başda olmaqla bir çox Avropa ölkələrinin regiondan sıxışdırılıb çıxarılmasını sükutla qarşılamayacağı gözlənilən idi:

 

“Yaxın gələcəkdə ABŞ-ın da müdaxilə cəhdlərini görəcəyik. Onlar Cənubi Qafqazda strateji maraqlarından asanlıqla vaz keçməyəcəklər”.

 

M.Rəhimli hesab edir ki, Fransa bitərəf mövqedə dayanmadığını əyani şəkildə göstərdiyindən ATƏT-in Minsk Qrupunda nəinki həmsədrlikdən, həm də üzvülükdən uzaqlaşdırılmalıdır.

 

“Azərbaycan bununla bağlı qəti mövqeyini ortaya qoymayana qədər prosesin qarşısını almaq çətin olacaq. Bunu həm də indi formalaşan beynəlxalq münasibətlər sistemi də zəruri edir”. /hafta.az/

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR