AXCP də mitinqə qatılacaq
Razi Nurullayev hər kəsin sözügedən mitinqdə iştirakının vacibliyini vurğulayaraq, çağırış edib
Azərbaycan Xalq Cəbhəsi Partiyası 29 sentyabr saat 15:00-da “Məhsul” stadionunda keçiriləcək “Qarabağa dəstək” mitinqində iştirak edəcək.
Bu barədə partiyanın mətbuat xidməti bəyanat yayıb. Versus.Az-ın məlumatına görə, bəyanatda deyilir:
“Azərbaycan Xalq Cəbhəsi Partiyası 29 sentyabr saat 15:00-da “Məhsul” stadionunda keçiriləcək “Qarabağa dəstək” mitinqində iştirak edəcək. Düşünürük ki, siyasi mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı, siyasi partiyalar, təşkilatlar bu mitinqdə iştirak etməlidir. Qarabağ bizim ümumi problemimiz, ümumi dərdimiz, ümumi acımızdır. Söhbət Qarabağdan gedirsə, bizim üçün gerisi təfərrüatdır. Gəlin 29 sentyabrda dünyaya sübut edək ki, biz xalq və ayrı-ayrılıqda fərd olaraq Qarabağı istəyirik. Azərbaycan Xalq Cəbhəsi Partiyası vətəndaşlarımızı “Qarabağa dəstək” mitinqində iştirak etməyə səsləyir”.
Qeyd edək ki, partiyanın sədri Razi Nurullayev də sosial media vasitəsilə hər kəsin sözügedən mitinqdə iştirakının vacibliyini vurğulayaraq çağırış edib.
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”