Hindistan 15 günlük müharibəyə hazırlaşır

08:57 15-12-2020 | icon 87 | Dünya
Hindistan 15 günlük müharibəyə hazırlaşır

Hindistan hökuməti orduya müharibə vəziyyətində 15 günlük döyüş aparmaq üçün lazım olan silah və sursat ehtiyatlarını artırmağa icazə verib.

 

Bu barədə “Times of India” qəzeti rəsmi mənbələrə istinadən xəbər yayıb.

 

“Şərqi Ladaxda Çinlə hərbi qarşıdurma kontekstində Hindistan ordusuna silah və sursat ehtiyatlarını artırmağa icazə verilib, bu da 15 gün ərzində iki cəbhədə - Çin və Pakistana qarşı intensiv hərbi əməliyyatların aparılmasını nəzərdə tutur. Silahlar xarici və Hindistan istehsalçılarından alınacaq”, - deyə bildirilir.

 

Mənbələrə görə, Hindistan ordusu artıq tanklar və topçular üçün çox sayda raket və mərmi alıb.

 

Hindistan və Çin arasındakı sərhəddə Hindistan birliyinin ərazisi olan Ladaxın şərq hissəsindəki vəziyyət iki ölkənin hərbi qüvvələri arasında may və iyun aylarında baş verən qarşıdurmalardan sonra daha da pisləşib.

 

Ən azı 20 Hindistan və 45 Çin əsgərinin öldürüldüyü bildirilib. Bundan sonra Yeni Delhi və Pekin qoşunlarının bölgədəki konsentrasiyasını artırıblar. İndi Ladaxda 50 min Hindistan və təxminən eyni sayda Çin həbçisi var.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Nizami Gəncəvinin "Xəmsə"si işıq şousunun vasitəsi ilə CANLANDI

Azərbaycan tərəfindən xülasə SƏNƏD

Kral ailəsinin üzvləri eynicinsli nikaha girə biləcək

“Bu dövlət mütləq dəyişəcək”

Ən çox kitab oxuyan ÖLKƏLƏR

"...Ölümlərin sayı son bir ilin ən aşağı səviyyəsinə düşüb"

Evdə “Wi-Fi”ın sürətini artırmağın ÜSULU

Ənənəvi tədris DAYANDIRILDI

Velosipedçilərdən ibarət TOY KARVANI

Sərnişinlərin NƏZƏRİNƏ

“Bu, İrana dvident gətirə bilərdi”

Vətəndaşların pulunu mənimsəyən makler SAXLANILIB

Qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirildi

Dörd gün ardıcıl qeyri-iş günü olacaq