"Bu mitinqlər davamlı olsa..."
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.
Partiyanın Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, iclasda ictimai-siyasi vəziyyət, partiyanın üzv olduğu Qarabağ Komitəsinin təşkilatçılığı ilə "Qarabağa azadlıq" mitinqi və ALDP-nın 20 illiyi ilə bağlı təşkilatı məsələlər müzakirə olunub.
Toplantı iştrakçıları sentyabrın 29-da Bakı şəhəri, “Məhsul” stadionunda keçirilən mitinqi müzakirə edərək, həm təşkilatçılığı, həm də iştrakçıların sayını yüksək qiymətləndiriblər.
“Qarabağ torpaqının işğalı ilə bağlı keçirilən mitinqlərdə iştrakçıların sayı qat-qat çox olmalı idi. Amma nəzərə almalıyıq ki, 25 ildən çoxdur ki, Qarabağla bağlı mitinqlərə icazə verilmirdi, bu birinci mitinqdə iştrakçıların sayını məqbul hesab etmək olar. Bu mitinqlər davamlı olsa, onda biz daha böyük meydanları istəyə bilərik. Bizim qələbələrimiz hələ ki, stadionlardan gəlir və mən inanıram ki, biz böyük qələbəmizi Qarabağda qeyd edəcəyik”- deyə, ALDP sədri qeyd edib.
Sonra Fuad Əliyev ALDP Gənclər Təşkilatının (GT) rəhbərliyinə gənclərin mitinqdə aktiv iştirak etdiklərinə görə minətdarlığını bildirib.
Sonda ALDP-nın 20 illiyin keçirilməsi ilə bağlı bir sıra təşkilatı məsələlər müzakirə olunub.
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”