Xəstəxanada dəhşətli hadisə
Türkiyədə Psixiatriya Xəstəxanasında dəhşətli hadisə baş verib.
Bu barədə “Hürriyet” məlumat yayıb.
Bildirilib ki, 28 yaşlı Arifə.K adlı qadın müalicə aldığı xəstəxanada bir otaqda yatdığı digər xəstəni yastıqla boğaraq öldürüb.
Qeyd edilib ki, bir ildir şizofreniya xəstəliyindən əziyyət çəkən 46 yaşlı Nadiyə Yıldız bu zaman yuxuda olub.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"