Evsiz kişi saç-saqqalı kəsiləndən sonra baxın nə baş verdi

10:11 23-12-2020 | icon 320 | Maraqlı
Evsiz kişi saç-saqqalı kəsiləndən sonra baxın nə baş verdi

Xeyriyyə məqsədi ilə saçları kəsdirilən evsizin sosial mediada şəkli yayılandan sonra ailəsi kişini tanıyıb. Məlum olub ki, o, 10 il əvvəl itkin düşüb.

 

“Times Now News”un məlumatına görə, hadisə Braziliyada baş verib.

 

Joau Koelyo Qimares 2010-cu ildə itkin düşüb. O, həyatda qalmaq üçün 10 il küçələrdə gəzib və zibil toplayıb.

 

Bu yaxınlarda isə kişi geyimləri mağazası və bərbər salonuna sahib olan iş adamı Alessandro Lobo müəssisənin yaxınlığında gördüyü Qimaresə yemək təklif edib. Braziliyalı bundan imtina edib, ancaq bərbərin onu qaydasına salmasını xahiş edib.

 

“Sonra evsiz adama kömək etmək qərarına gəldik və onun üçün bir gözəllik günü təşkil etdik”, - deyə Lobo bildirib.

 

Kişinin saçı-saqqalı qaydasına salındıqdan sonra Qimaresə üç köynək, şalvar, gödəkçə və yeni ayaqqabı hədiyyə edilib. Lobo daha sonra Qimaresin şəklini çəkib, digər sahibkarları  da ehtiyacı olan insanlara köməyə təşviq etmək üçün “dəyişikliklərdən əvvəl və sonra” adı ilə sosial mediada paylaşıb.

 

Kişinin bu dəyişimi sosial mediada virus sürəti ilə yayılıb.

 

 

Paylaşım braziliyalının yaxınlarının da diqqətini çəkib. Onlar kişini tandıqdan sonra onunla görüşüblər.

 

“Qohumları fotonu gördülər, Qimaresin telefonu və ya daimi ünvanı olmadığı üçün mənimlə əlaqə saxladılar. Miladdır və birinin həyatını dəyişdirmək üçün nə qədər az şey lazım olduğunu göstərmək istədim. Bunun belə nəticələrə səbəb olacağına dair heç bir fikrimiz yox idi”,- deyə Lobo vurğulayıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR