Millimizin üzvü FIVB Atletlər Komissiyasının üzvü ola bilər

12:56 05-01-2021 | icon 267 | İdman
Millimizin üzvü FIVB Atletlər Komissiyasının üzvü ola bilər

Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Atletlər Komissiyasına keçiriləcək seçkilərdə namizədlərdən biri Azərbaycan millisinin üzvüdür.

 

Qadınlardan ibarət voleybol millimizin aparıcı üzvü Polina Rəhimova namizədlər arasındadır.

 

Ümumilikdə namizədlər 16 nəfərdir. Bunlardan 11-i qadın, beşi isə kişidir. Səkkiz nümayəndə klassik voleybolu, qalan səkkizi çimərlik voleybolunu təmsil edir. Namizədlər arasında doqquz Olimpiya və 10 dünya çempionatının mükafatçısı var.

 

Digər 15 idmançı və ya veteran namizəd isə bunlardır: Luiz Boden (Avstraliya, çimərlik voleybolu), Coşua Binstok (Kanada, çimərlik voleybolu), Yulius Brink (Almaniya, çimərlik voleybolu), Milaqros Kabral de la Krus (Dominikan), Nəslihan Dəmir Gülər (Türkiyə), Sam Deroo (Belçika), Malqojata Qlinka-Mogentale (Polşa), Cordan Larson (ABŞ), Mepelink Madeleyn (Niderland, çimərlik voleybolu), Oqnyenoviç Maya (Serbiya), Samuele Papi (İtaliya), Marketa Slukova (Çexiya, çimərlik voleybolu), Delsyu Suareş (Mozambik, çimərlik voleybolu), Anuk Verje-Depre (İsveçrə, çimərlik voleybolu), Çen Şue (Çin, çimərlik voleybolu).

 

Qeyd edək ki, Atletlər Komissiyası 10 üzvdən ibarət olacaq. Onlardan beşi voleybolçular, beşi isə FIVB prezidenti tərəfindən seçiləcək. Seçkilər onlayn səsvermə əsasında yanvarın son iki həftəsi ərzində keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR