Əməkdar artistin 70 illik yubileyində

14:47 06-01-2021 | icon 349 | Mədəniyyət
Əməkdar artistin 70 illik yubileyində

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Əməkdar artisti Kubrabəyim Əliyeva ilə Mədəniyyət Komitəsində görüşərək, onu adgünü münasibəti ilə təbrik edib.

 
 
Versus.Az xəbər verir ki, Əməkdar artistin yubiley günlərində Bakıda olmadığı, sonrakı dövrlərdə səhhətindəki problemlər və pandemiya məhdudiyyətləri səbəbindən görüşmək imkanı olmadığını xatırladan Q.Paşayeva, 70 illik yubileyi münasibəti ilə bağlı Mədəniyyət Komitəsinin Təbrik Məkrubunu da təqdim edib.
 
 
Kübrabəyim xanımın Sumqayıt Dövlət Dram Teatrında, Musiqili Komediya Teatrında, ümumən teatr və kinoda yaddaqalan rollarla çıxış etdiyini vurğulayan Q.Paşayeva, onun yaratdığı obrazların geniş tamaşaçı rəğbəti qazandığını bildirib:
 
 
“Siz, uzun illər məhsuldar yaradıcı fəaliyyət göstərmisiz; həmişə də, tamaşaçıların alqışını, sənətsevərlərin təqdirini görmüsüz. Siz, 2000-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Əməkdar artist” fəxri adına layiq görülmüsüz; 2006-cı ildən isə Prezident təqaüdçüsüsüz. Bütün bunlar Sizin əməyinizin dövlətimiz və xalqımız tərəfindən qiymətləndirildiyinin ifadəsidir.
Sizi, bir daha 70 illik yubileyiniz, yeni təqvim ili, eləcə də, düşmən üzərində tarixi zəfərimiz münasibəti ilə Mədəniyyət Komitəsi adından, şəxsən öz adımdan təbrik edir, ən xoş diləklərimi yetirirəm”!
 
 
Əməkdar artist K.Əliyeva Komitə sədrinə səmimi görüş və təbriklər üçün təşəkkür edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR