Avropa çempionatı ləğv olundu

10:38 12-01-2021 | icon 257 | İdman
Avropa çempionatı ləğv olundu

Finlandiyanın Lohya şəhərində 26 fevral - 6 mart tarixlərində keçirilməli olan 10 metr məsafəyə güllə atıcılığı üzrə Avropa çempionatı ləğv olunub.

 

Versus.Az Avropa Atıcılıq Konfederasiyasının saytına istinadən xəbər verir ki, Təşkilat Komitəsi Finlandiyada yerli hökumətin pandemiya ilə əlaqədar bəyanatına görə yarışı bu tarixdə keçirməmək qərarı qəbul edib.

 

Konfederasiyanın Rəyasət Heyəti bu yarışı başqa tarixə salmağı müzakirə edəcək. Avropa çempionatını keçirilməsi mümkün olmayacağı təqdirdə, Olimpiada üçün kvota yerləri Beynəlxalq Olimpiya Komitəsinin təsdiqlədiyi təsnifat sistemi çərçivəsində 31 May 2020-ci il tarixinə olan Avropa reytinqinə görə paylanacaq.

 

Qeyd edək ki, hazırda Avropa reytinqində 10 metr məsafəyə atıcılıqda (tapança) Azərbaycan idmançısı Ruslan Lunyov 178 xalla 18-ci sıradadır. Qadınlarda isə (tüfəng) Jalə Bayramova 2 xalla 189-cu yerdədir. Nigar Nəsirova (tapanca) 169 xalla 17-cidir. Bu yer isə onlara Olimpiadaya vəsiqə qazandırmır.

 

Onu da bildirək ki, Ruslan Lunyov 2019-cu ilin sentyabrında İtaliyanın Bolonya şəhərində keçirilmiş 25/50 metr məsafəyə güllə atıcılığında Avropa çempionu olub. O, 25 metr məsafəyə qızıl medal qazanmaqla Olimpiadaya lisenziya əldə edib. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR