"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

11:36 14-01-2021 | icon 737 | Siyasət
"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

Fuad Əliyev: "Bundan sonra Azərbaycan sərt cavab verəcək"

 

“Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya işgüzar səfəri çərçivəsində yanvarın 11-də imzalanan üçtərəfli bəyanat Azərbaycanın növbəti diplomatik uğurudur. Belə ki, Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış sənəd 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əks olunmuş kommunikasiyaların bərpası ilə bağlı müddəaların həyata keçirilməsi üçün müvafiq vəzifələri müəyyən edir”.

 

Versus.Az xəbər verir ki, bu fikirləri açıqlamada Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Partiya sədrinin sözlərinə görə, Azərbaycan bir daha göstərdi ki, regionda uzunmüddətli sülhün və əməkdaşlığın təmin edilməsinin tərəfdarıdır və fəaliyyətini məhz bu istiqamətdə qurur:

 

“Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmamış heç bir fəaliyyət həyata keçirilə bilməz. Belə ki, son vaxtlar Azərbaycanın icazəsi olmadan xarici ölkə vətəndaşlarının, Ermənistanın rəsmi şəxslərinin Dağlıq Qarabağa səfərləri və digər məsələlər qarşı tərəfin ölkəmizin humanizm siyasətindən sui-istfadə etdiyini göstərir. 2020-ci ilin yekunlarına həsr olunmuş videomüşavirədə Azərabycan Prezidenti qəti şəkildə bildirdi ki, əgər belə təxribatçı addımlar davam edəcəksə, Azərbaycan sərt cavab verəcək. Buna görə də Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalı və təxribatçı fəaliyyətlərə son qoymalıdır”. /“Yeni Azərbaycan”/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı