"Bəlkə də onlar "5-ci kolon"un üzvləridir"

09:52 15-01-2021 | icon 321 | Siyasət
"Bəlkə də onlar "5-ci kolon"un üzvləridir"

Fuad Əliyev: "Qlobal siyasət var, hardasa gözləmə mövqeyi tutmaq lazımdır"

 

“Yanvarın 11-i Moskvada keçirilən görüş, noyabrın 10-da imzalanan bəyanatdan iki ay sonra baş verib. Bu iki ay müddətində bəyanatda əks olunan bəzi məsələlər Ermənistan tərəfindən pozulub, digərləri açıq qalıb və bu da cəmiyyətimizi narahat edirdi”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Partiya sədrinin fikrincə, yanvarın 11-i imzalanan ikinci bəyanat daha çox iqtisadi bloka aid idi və bunun da gələcəkdə Azərbaycana müsbət təsiri olacaq:

 

“Əsas məsələ 4 saat keçirilən qapalı görüşdə olub. Yəqin ki, burada dövlət başçısı İlham Əliyev cəmiyyətimizi narahat edən bütün məsələləri səsləndirib. Mətbuat kohfransında Paşinyana baxanda, qapalı görüşün necə gərgin keçdiyini görmək olar. Hiss olurdu ki, Paşinyan istədiyinə nail ola bilməyib və çox məyus idi”.

 

Bəzi siyasilərin Qarabağa status verilməsi kimi fikirlərinə gəlincə, Fuad Əliyev bu məsələnin gündəmə gətirilməsinin əleyhinə olduğunu vurğulayıb:

 

"Status məsələsi bitib və olmayacaq. Vətən müharibəsi gedən zaman və qələbədən sonra öz çıxışlarında İlham Əliyev status məsələsini nə olduğunu dəfələrlə bildirib. Putin bir neçə dəfə öz çıxışlarında “Qarabağ Azərbaycanın ərazisidir” açıqlamaları bunu bir sübut kimi göstərmək olar. Baxın Ermənistan mətbuatına. Onlar yazırlar ki, artıq Qarabağ məsələsi onlar üçün bitib, yoxdur. Yazırlar ki, onlar Qarabağı itiriblər. İndi bizim bəzi partiya sədrləri bu məsələni gündəmə gətirirlər. Bu çox ziyanlıdır. Bəlkə kiminsə tapşırığı yerinə yetirirlər, bəlkə də onlar 5-ci kolonun üzvləridir”.

 

Fuad Əliyev sülhməramlılarla bağlı açıqlamasında bir daha öz proqnozunu verdi:

 

“Mən bir daha proqnoz verərək deyirəm ki, 2-3 ilə sülhməramlılar Azərbaycandan çıxacaq. Dövlət idarələri, təşkilatların Qarabağda öz regional strukturları açılandan, soydaşlarımız Qarabağa qayıdandan sonra sülhməramlılara ehtiyac qalmayacaq. Bu mütləq belə də olacaq.”

 

ALDP sədri Türkiyə prezidenti Ərdoğanın “Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisini tərk edəcəklər” bəyanatına da diqqət çəkib:

 

“Görünür, Ərdoğan bunu bilir ki, belə açıqlama verir. Bizim bəzi partiya sədrlıri bəzi məsələlərdə maksimalistdilər, məsələləri dərhal həll olunduğunu istəyirlər. Qlobal siyasət var. Hardasa gözləmə mövqeyi tutmaq lazımdır. Ərdoğan qlobal siyasətcidir və belə məsələləri çox gözəl bilir. Mən də bundan qabaq qeyd etdiyim kimi, sülhməramlılar 2-3 ilə çıxacaq”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı