"Bundan sonra bu qəzetləri maliyyələşdirməyin əhəmiyyəti yoxdur"

21:14 15-01-2021 | icon 354 | KİV
"Bundan sonra bu qəzetləri maliyyələşdirməyin əhəmiyyəti yoxdur"

Qulu Məhərrəmli: “Media İnkişafı Agentliyi mediada yeni ümidlər yaradıb”

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət Media eksperti, professor Qulu Məhərrəmli bildirib ki, Media İnkişafı Agentliyinin (AİM) yaradılması media sahəsində gözlənilən islahatların başlanğıcıdır.

 

Q.Məhərrəmli bundan əvvəl medianın fəaliyyətini tənzimləyən ictimai və dövlət qurumlarının medianın inkişafına gətirib çıxartmadığını təəssüflə qeyd edib. O, bu mənada AİM-in yaranmasının mediada yeni ümidlər doğurduğunu bildirib:

 

“Nəzərə almaq lazımdır ki, Media İnkişafı Agentliyi birmənalı şəkildə dövlət büdcəsindən maliyyələşən  icra strukturudur. Bir qədər porodoksal səslənsə də, dünyada yazılı mətbuatın və onlayn medianın fəaliyyətini tənzimləyən ayrıca bir qurum yoxdur. Bütün hallarda belə bir tənzimləyici qurumun ortaya çıxması müsbət hadisədir”.

 

Q.Məhərrəmli AİM-in nizamnaməsində göstərilən müddəları medianın inkişafı baxımından normal hesab etməklə yanaşı, cəmiyyətdə yaranan narahatlığa da diqqət çəkib:

 

“Medianın fəaliyyətini nizamlayacaq bu qurum işini elə aparmalıdır ki, müstəqil normalar üzrə tənzimlənən, müstəqil araşdırmalar, təhlillər aparan media orqanları zərər çəkməsin. Çünki indiyə qədər də qəzetlərə maliyyə verirdilər. Qəzetlərdə gedən materalın keyfiyyəti rol oynamırdı. Hesab edirəm ki, bundan sonra cəmiyyətdə heç bir fikir yaratmayan, rezonans doğurmayan qəzetləri maliyyələşdirməyin heç bir əhəmiyyəti yoxdur. Əgər MİA-nın fəaliyyəti nəticəsində peşəkar, standartlara uyğun  keyfiyyətli materiallar yayan media qurumları yaranacaqsa, bunu alqışlamaq və təqdir eləmək lazımdır. Arzu edərdik ki, Medianın İnkişafı Agentliyinin medianın inkişafında gerçək rolu olsun”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR