Azərbaycanda ləğv olunan yarışı Türkiyə keçirməyə razılıq verdi

13:37 18-01-2021 | icon 297 | İdman
Azərbaycanda ləğv olunan yarışı Türkiyə keçirməyə razılıq verdi

12-14 mart tarixlərində Bakıda keçirilməli olan, lakin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qapalı zallarda idman yarışlarına qadağa qoyması səbəbindən ləğv edilən karate üzrə Premyer Liqa yarışı Türkiyənin İstanbul şəhərində keçiriləcək.

 

Versus.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov məlumat verib.

 

“Mən Bakıda bu yarışı keçirə bilməyəcəyimizi bildikdən dərhal sonra Türkiyə Karate Federasiyasının prezidenti Esat Dəlihasanla əlaqə saxladım. Ona bu yarışı keçirməklə bağlı təklif verdim. Həmkarım da bu təklifimlə razılaşdı. O, həm də Ümumdünya Karate Federasiyasında (WKF) İdarə Heyətinin üzvlərindən biridir.

Bu barədə fikrimi WKF-in prezidenti Antonio Espinosa da bildirmişəm. Onsuz da bir çox ölkələrin karateçiləri Azərbaycana İstanbul vasitəsilə gələcəkdi. İndi onlara da İstanbulda yarışmaq asan olar. Sadəcə, yarışın bizdən alınıb, İstanbula salınması üçün Gənclər və İdman Nazirliyinin rəsmi məktubu lazımdır”.

 

Qeyd edək ki, analoji hal ötən ilin sonlarında gimnastika idman növündə də baş verib. Dekabrda Bakıda keçirilməli olan idman gimnastikası üzrə Avropa çempionatı Türkiyənin Mersin şəhərinə salınmışdı. /Oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR