"Azərbaycan hər an rus-erməni təxribatına hazır olmalıdır"

12:45 19-01-2021 | icon 412 | Siyasət
"Azərbaycan hər an rus-erməni təxribatına hazır olmalıdır"

Zaur İbrahimli: "Lavrov Rusiyanın Qarabağ ermənilərinin hamisi olacağını açıq bəyan etməkdən çəkinmədi"

 

Xəbər verildiyi kimi, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun brifinqdə dediyi “rəsmi Moskvanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur” fikri ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Ekspertlər bölgədə sülhməramlı missiyasının erməni separatçıları ilə əməkdaşlığına diqqət çəkərək, heç də Rusiyanın bölgədə sülhü, sabitliyi və təhlükəsizliyi təmin etməklə bağlı səmimi olmadığını bildiriblər. Azərbaycan siyasi təhlilçiləri Rusiya rəsmilərinin bu məsələni gündəmə gətirməsini “Dağlıq Qarabağın status” məsələsini yenidən gendəmə gətirmək məqsədi daşıdığını önə çəkib.

 

Versus.Az xəbər verir ki, məsələni şərh edən politoloq Zaur İbrahimli bildirib ki, Rusiya XİN başçısı Sergey Lavrovun Rusiya sülməramlıları, Qarabağ bölgəsində yaşayan ermənilərin Ermənistanla əlaqələri barədə son müsahibəsində açıqlamaları Moskvanın çoxdan bizə bəlli olan baxışını ortaya qoyur.

 

Politoloq bildirib ki, Moskva bu məsələlərlə bağlı son günlərə qədər susmağa üstünlük verirdi, Azərbaycan cəmiyyəti və ekspertlərinin irəli sürdüyü suallar cavabsız qalırdı:

 

“Nəhayət Lavrov danışdı və Moskvanın Laçın dəhlizinə nəzarəti özündə saxlamaq, Qarabağ ermənilərinin Ermənistanla əlaqələrini isə Azərbaycanın nəzarətinə verməmək məqsədi açıq bəyan edildi. Azərbaycan cəmiyyəti, ekspert icması, ictimai-siyasi xadimlər, millət vəkilləri, ziyalılar bu məsələləri qaldırırdılar və Rusiya sülhməramlılarının 10 noyabr Moskva bəyanatı ilə şərtlənən mandatdan kənara çıxdığını israrla vurğulayırdılar. Bununla Azərbaycan cəmiyytinin mövqeyi, narahtlığı kifayət qədər aydın, qəti şəkildə vurğulandı və Kremldə bunun fərqində olmaya bilməzlər. Bununla belə, Lavrov faktiki olaraq Rusiyanın Qarabağ ermənilərinin hamisi olacağını açıq bəyan etməkdən çəkinmədi. Bu mövqe Rusiya prezidneti Vladimir Putinin dəfələrlə təkrarladığı “Qarabağ Azərbaycan ərazisidir” mövqeyi ilə ziddiyyət təşkil edir. Lavrov diplomtik ibarələrlə pərdələməyə çalışsa da onun yanaşması o deməkdir ki, Azərbaycan Qarabağla bağlı suveren hüquqlarının bir qismini güzəştə getməlidir. Bu, Azərbaycan üçün qəbuledilməz variantdır, bu qəti mövqe Azərbaycan prezidenti tərəfindən bəyan edilib, Bakının bu mövqeyi Türkiyə tərəfindən birmənalı dəstəklənir. Bu baxımdan Lavrovun açıqlamalarının qeyd-şərtsiz de-yure və de-fakto hələ reallıq olacağı demək deyil. Bu Moskvanın niyyətidir”.

 

Z.İbrahimli bildirib ki, Lavrov brifinqdə “Rusiyanın Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur” desə də, həmçinin əlavə edib ki, Qarabağ Rusiya sülhməramlıların məsuliyyət bölgəsidir. Daha sonra əlavə edib ki, davamlı sülh üçün Moskva kömək göstərəcək:

 

“Bütün bunlar Rusiyanın indiki halda yuxarıda qeyd etdiyim niyyətinə xidmət edir. Azərbaycanın suverenliyinin bir qismini humanitar məqsədlər üçün güzəştə getsin. Yəni Laçın dəhlizinə, giriş-çıxışa, hərəkətə nəzarət edə bilməsin, qərar verə bilməsin. Qarabağ bölgəsində hər hansı addım rusların icazəsi, yaxud onlarla razılaşdırmaqla, onların nəzarəti ilə olsun. Qarabağ ermənilərinin Ermənistanla müstəqil, Azərbaycanın nəzarətindən kənar əlaqələri davam etsin və Bakının bu məsələlərdə söz haqqı olmasın. Bütün bunlar gerçəkləşəcəksə, onda Qarabağ erməniləri üçün ruslar faktiki olaraq xüsusi bir status, imtiyaz təmin etmiş olurlar. Ən pisi budur ki, bunu uzunmüddətli bir strategiya olaraq görürlər, onların təbrincə desək, davamlı sülhün şərti kimi nəzərdə tuturlar. Bu, Azərbaycanın milli maraqlarına ziddir, həmçinin milli təhlükəsizliyinə təhdiddir. Aydındır ki, müharibə yaraları, xüsusən ermənilərin vəhişilikləri ilə bağlı elə vəziyyət yaranıb ki, yaxın vaxtlarda Xankəndində erməni və azərbaycanlı qonşular kimi yaşaması, yaxud birgəyaşayışını təmin emtək çətindir. Bu bütün tərəflər üçün aksiomadır. Amma bu o demək deyil ki, bu ərazi Azərbaycanın suverenliyindən kənarda qalmalıdır”.

 

Politoloq hesab edir ki, Azərbaycan üçün hərbi əməliyyatlar qədər çətin dövr başlayıb. Onun fikrincə, bu 44 günlük zəfərlə başa çatan Vətən Müharibəsinin nəticələrinin qorunub saxlanması, inkişaf etdirilməsidir:

 

“Azərbaycanın ən böyük güzəşti 10 noyabda Xankəndinin astanasında hücum əməliyyatlarını dayandırması oldu. Bu güzşət müqabilində Azərbaycandan suverenliyin bir qismini güzəştə getməyi gözləmək ağılsız bir yanaşmadır. Azərbaycan hər an rus-erməni təxribatına hazır olmalı, cəmiyyətimiz birliyini, həmrəyliyini qorumalıdır, rəsmi Bakı sülhmərmalı qüvvələrin status məsələsində qətiyyətini qorumalıdır. Bunu şərtləndirən, güc verən xalq iradəsi, birliyi də aşkardır. Rusiya cənub cinahında sabit, dost, müttəfiq ölkə görmək istəyirsə bu iradə ilə hesablaşmaq məcburiyyətində qalacaq. Yalnız biz bir, həmrəy olmalıyıq və sayıqlığı itirməməliyik. Azərbaycan həmçinin əlverişli beynəlxalq konyukturdan da faydalanmalıdır, rus sülhmərmalıları özlərini işğal qoşunu kimi aparacaqsa, bunu bütün dünyaya çəkinmədən bildirməliyik. /"həftə içi"/

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları