Mahir Emreliyə görə istənilən MƏBLƏĞ - FOTO


Millimizin və “Qarabağ”ın futbolçusu Mahir Emreli Polşanın “Zaqvembye” klubundan təklif alıb.
Versus.Az xəbər verir ki, polşalı idman jurnalisti Pyotr Kozminski “Twitter” hesabındakı açıqlamada transferin detalı haqqında məlumat verib.
“Eşitdiyimə görə, “Zaqvembye” ona çox yaxşı müqavilə təklif edir. Ancaq hazırda yaya qədər müqaviləsi olan “Qarabağ” Azərbaycan millisinin hücumçusuna görə 200 min avro transfer məbləği istəyir”, - deyə o bildirib.
Qeyd edək ki, “Qarabağ” rəsmiləri mətbuata açıqlamasında onlara rəsmi təklifin gəlmədiyini bildirir.
Xəbər lenti

Ərəb mətbuatı azərbaycanlı şərqşünasın məqaləsini yayıb
Məqalədə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirildiyi də qeyd olunur