Qarabağa marşrut xətləri açılır

13:09 21-01-2021 | icon 244 | Cəmiyyət
Qarabağa marşrut xətləri açılır

İşğaldan azad olunan ərazilərdə infrastrukturun bərpası işləri davam etdirilir. Bu ərazilərə investisiya yatırmaq istəyən sərmayədarların sayı da artır.

 

İlk olaraq hansı ərazilərə avtobus xətləri açılacaq? Nəqliyyat xətləri yenidən qurulacaq?

 

Versus.Az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev məlumat verib.

 

O bildirib ki, daşıyıcıların müəyyənləşdirilməsi üçün müsabiqələr keçiriləcək:

 

“Həmin ərazilərdə təxminən 22 avtomobil nəqliyyatı təsərrüfatı olub. Bu səbəbdən də biz avtomobil nəqliyyatı infrastrukturunu tamamilə yenidən quracağıq. Artıq bu istiqamətdə işlərə start verilib.

Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Ağdam, Xocavənd rayonlarının əraziləri, eləcə də Şuşa şəhəri üzrə müəyyən araşdırmalar həyata keçirilib. Orada avtomobil nəqliyyatı infrastrukturunun qurulması üçün təkliflər hazırlamışıq. Bu proses məskunlaşmaya uyğun olaraq aparılacaq.

“Füzuliyə yaxın olan Horadiz şəhərindən Cəbrayıl-Qubadlı-Zəngilan istiqamətində marşrutlar nəzərdə tutmuşuq. Eyni zamanda Ağdamdan Şuşa istiqamətinə marşrut xəttinin olması gözlənilir. Gəncə, Yevlax, Beyləqan, Bərdə şəhərlərindən və Bakı şəhərindən müxtəlif istiqamətlər üzrə birbaşa marşrutlar təmin olunacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR