"Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək"

13:04 22-01-2021 | icon 495 | Siyasət
"Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək"

Fuad Əliyev: "Bu əməkdaşlıq iqtisadi, nəqliyyat xarakterli məsələlərin həlli üçün geniş perspektivlər açır"

 

“Çox müsbət haldır ki, bu əməkdaşlıq başlanıb və bu günə kimi davam olunur. Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq və qarşılıqlı fəaliyyət mövcuddur ki, bu da təhlükəsizliyin, sabitliyin qarantıdır".

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycanla Türkmənistan arasında imzalanan müqavilə ilə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

ALDP sədri bildirib ki, Xəzəryanı ölkələr arasında əməkdaşlığın vacibliyini, 2008-ci ildə keçirilən prezident seçkiləri zamanı prezidentliyə namizəd kimi seçki proqramında göstərmişdi:

 

"Bu əməkdaşlıq iqtisadi, nəqliyyat xarakterli məsələlərin həlli üçün geniş perspektivlər açır. Xəzəryanı ölkələrin əməkdaşlığının nəticəsi olaraq, Azərbaycan və Türkmənistan arasında uzun müddət mübahisəli olan, bizim "Kəpəz", türkmənlərin isə "Sərdar" adlandığı neft-qaz yatağının "Dostluq" adı ilə istismara açılmasına razılaşması çox böyük hadisədir".

 

Fuad Əliyevin sözlərinə görə, imzalanan Anlaşma Memorandumu ölkəmizin neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Azərbaycan tranzit ölkə kimi mövqeyini möhkəmləndirəcək:

 

"Bu tarixi hadisə ölkəmizin tranzit ölkə kimi rolunun artmasına da öz müsbət təsirini göstərəcək".

 

ALDP sədrinin fikirincə, bu razılaşmanın İqtisadi səmərəsi ilə yanaşı, onun siyasi əhəmiyyəti də var:

Türkmənistan qazının TANAP-TAP yolu ilə tranzit olunması gözlənilir. Azərbaycan “Dostluq” yataqda olan enerji resurslarının birgə işlənməsi, dünya bazarına çıxarılmasından dövlət gəlirlərini artırmaq imkanı qazanmaqla bərabər, tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək. “Dostluq” yatağından hasil edilən neft və qazın dünya bazarına çıxarılması təmin olunacaq. Bu da öz növbəsində Azərbaycanın tranzit ölkə olaraq əhəmiyyətini artıracaq.”

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR