"Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir"

19:35 22-01-2021 | icon 32 | Siyasət
"Azərbaycan və Türkmənistan əməkdaşlığının inkişafı regionun iqtisadi rifahına xidmət edir"

Naqif Həmzəyev: "Memorandumun imzalanması iki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğundan xəbər verdi"

 

"Zəngin karbohidrogen ehtiyatları olan Azərbaycan və Türkmənistan arasındakı münasibətlərin, əməkdaşlığın inkişafı təkcə bu ölkələr üçün deyil, həm də bütün Mərkəzi Asiya, Xəzər, Qafqaz regionu üçün böyük əhəmiyyət kəsb edir".

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

 

Millət vəkili qeyd edib ki, eyni etnik kökə, mədəniyyətə və dinə mənsub iki ölkənin regionda enerji siyasəti məsələlərinə eyni mövqedən yanaşmaları, energetika sahəsində əməkdaşlıqla bağlı razılaşmaları əlaqələrin inkişafı üçün həm zərurət, həm də sağlam zəmin yaradıb:

 

"Azərbaycan və Türkmənistanın zəngin karbohidrogen ehtiyatlarına malik olması ölkələr arasında enerji sahəsində əməkdaşlıq üçün yeni perspektivlər açıb. Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfərləri, bu səfərlər çərçivəsində 50-dən çox sənədin imzalanması iki qardaş xalqın əl-ələ, çiyin-çiyinə birlikdə inamla irəliləməsinə sübutdur.

Bu gün Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması iki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğundan xəbər verdi.

Anlaşma Memorandumunun imzalanması ilə bağlı keçirilən videokonfrans formatında görüşdə hər iki ölkənin prezidenti ikitərəfli dostluq əlaqələrinin, qarşılıqlı faydalı tərəfdaşlığın yüksələn xətt üzrə genişlənməkdə davam etdiyini qeyd ediblər. Azərbaycan Prezidenti İlham Əliyev bugünkü sənədi tarixi sənəd adlandırıb: “Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək”.

“Xəzər mövzusunda qarşılıqlı fəaliyyət Türkmənistan-Azərbaycan əməkdaşlığının ən mühüm istiqamətidir. Ölkələrimiz Xəzər dənizinin möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və səmərəli tərəfdaşlıq zonasına çevrilməsinə böyük töhfə verirlər”- söyləyən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov da ölkələrimiz arasındakı əlaqələrin inkişafının əhəmiyyətindən danışıb. Eyni zamanda Türkmənistan Prezidenti dünyanın enerji təhlükəsizliyinə töhfələr verən Azərbaycan Respublikasının Qoşulmama Hərəkatında parlaq sədrliyinə də diqqət çəkərək, “Bu, Azərbaycanın və onun rəhbərliyinin yüksək nüfuzunu təsdiq etdi”yini vurğulayıb.

Xəzərin mehriban qonşuluq və əməkdaşlıq dənizi olduğunu qeyd edən dövlət Başçımız əminliklə bildirib ki, “Xəzər ölkələrimiz arasında təbii sərhəd olduğuna baxmayaraq, bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək”. Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən yatağın “Dostluq” adlandırılması da iki ölkə arasında qarşılıqlı əlaqələrin, münasibətlərin yüksək səviyyədə olmasını, əməkdaşlığın iqtisadi rifaha, təhlükəsizliyə xidmət etdiyinə işarədir".

 

SEVDA
Versus.Az

Xəbər lenti

Qənirə Paşayeva konfransda dünya azərbaycanlılarına çağırış etdi

"Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq"

"Ən vacib amillərdən biri itkilərin az olması idi"

VHP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

 “Rusiya öz hərbi bazasında Ermənistan üçün yeni ordu yaradır” - MÜSAHİBƏ

ABŞ yenidən qapılarını əcnəbilərin üzünə açdı

Deputatdan yaşlı qadınların küçələri qardan təmizləməsinə NARAZILIQ

“Xocalı Nişanəsi” adlı qısametrajlı film təqdim edilib

“Ana harayı” abidəsini ziyarət fərqli təşkil ediləcək

Soydaşlarımız Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

Komitə sədri QMƏVŞİB Tovuz rayon şöbəsinin sədri və şəhid ailəsi ilə görüşüb

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

Azərbaycan və Pakistan parlament dostluq qrupları Xocalı soyqırımına həsr olunmuş görüş keçirib

XOCALI SOYQIRIMI Türkiyə Böyük Millət Məclisində ANILDI

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”-un Qarabağdakı erməni qohumlarını silib-süpürəcəyik” - MÜSAHİBƏ

"Yaxşı olardı ki, “onların eyni millət olmadığı” fikirləri dost olduğu ermənilərə desin"

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

Ölüm qorxusu - Həyat eşqi

880 yaşlı söz bağçasının həmişəbahar gülləri...

Suqovuşanda bir nəfər minaya düşdü

Əliyar Ağayev Superliqa matçında VAR hakimi olacaq

Tələbələrin NƏZƏRİNƏ

“Azərbaycanlı qardaşlarımızın yanında olacağıq”

“NASA”nın kosmik aparatı Mars planetinə eniş etdi

Millət vəkili şəhid Teymur Abbasovun ailəsi ilə görüşüb

Bu telekanalları izləyənlər CƏRİMƏLƏNƏCƏK

“Milan” son anda üzüldü

Tramp tərəfdarlarının yeni iğtişaşa hazırlaşdığı ehtimal edilir

“What Armenians did in Karabakh?” adlı videoçarx hazırlanıb