Qənirə Paşayeva şəhid Elvin Şəriflinin anası ilə görüşüb

11:06 23-01-2021 | icon 305 | Cəmiyyət
Qənirə Paşayeva şəhid Elvin Şəriflinin anası ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın şəhid ailələri və qazilərlə görüşləri davam edir.

 

Versus.Az xəbər verir ki, millət vəkilinin növbəti görüşü şəhid Elvin Şəriflinin anası ilə olub.

 

Millət vəkili Qənirə Paşayeva şəhid Elvin Elşən oğlu Şəriflinin anası Zeynəb Səfər qızı Haqverdiyeva ilə Milli Məclisdə görüşüb, onu tarixi zəfər münasibəti ilə təbrik edib, qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:

 

“Əziz şəhid anası, Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş hərbçimizin anasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Oğlunuz bu günləri görməsə də, əminəm ki, qələbəmiz onun ruhuna əyandır. Biz bilirik ki həyat yoldaşınız I Qarabağ Müharibəsi vaxtı minaya düşüb, bədənindəki qəlpələr bugünədək qalmaqdadır. Sizin həyatda qalmış yeganə övladınız Elşanənin həyat yoldaşı da hazırda həqiqi hərbi xidmətdədir. Bütün bunlar sizin ailəlikcə Vətəncanlı olduğunuzu çox parlaq şəkildə göstərir. Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”!

 

Q.Paşayeva şəhid anasına üzərinə “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR