Kuryerə bəxşiş əvəzinə maşın hədiyyə edildi

03:01 25-01-2021 | icon 289 | Maraqlı
Kuryerə bəxşiş əvəzinə maşın hədiyyə edildi

Pizza kafesində 31 ildir kuryer işləyən Robert Petersə bəxşiş əvəzinə maşın hədiyyə edilib.

 

REN TV-nin məlumatına görə, hadisə ABŞ-ın İndiana ştatının Tipton şəhərində baş verib.

 

Müştərilərindən birinin təşəbbüsü ilə başlayan aksiyada Petersə 19 min dollar dəyərində avtomobil alınıb.

 

Müştərilərin sözlərinə  görə, o, hər zaman işinə məsuliyyətlə yanaşıb və müştərilərə müsbət emosiyalar bəxş edib.

 

“15 sent qalığı qaytarmaq üçün o, bəzən küləkli havada bir neçə km yol qət edə bilər. Bu, mənəviyyatdır”, - deyə aksiyanın təşəbbüskarı Tanner Lengli bildirir.

 

Lenqli kuryerə dəfələrlə bəxşiş vermək istəsə də, Peters hər zaman bundan imtina edib. Nəhayət o, kuryerə yeni bir avtomobil alınması üçün şəhər sakinləri arasında yardım kampaniyasına başlayıb.

 

Qeyd edilir ki, Petersin özünün avtomobili olub. Ancaq maşın 1993-cü il istehsalı olduğu üçün “tökülürdü”.

 

 

Cəmi iki günə sakinlər tələb olunan məbləği topladılar. Lenqli bu pula maşın alaraq, açarı kuryerə təqdim edib.

 

“Bu hadisələr o qədər sürrealdır ki, inana bilmirəm”, - deyə kuryer bildirib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR