VİCDANSIZLIQ

12:41 27-01-2021 | icon 6687 | Köşə
VİCDANSIZLIQ

Gərək onların səsi kabinetlərdə eşidilərdi ki...

 ZAUR İBRAHİMLİ

 
 

Reytinq, Youtube baxışlarına görə videoçəkilişləri “Şəhid ailələrinin üstünə polis qüvvələri yeridildi” - tipli başlıqlarla yayanlar, yazanlar elə Şəhidlərin ruhuna, bu Vətənə və xalqa ən böyük pisliyi edirlər. Nifaq salır, bölcülüklə məşğul olur, Şəhidlərin adından öz şəxsi maraqları üçün istifadə edirlər. İzahını da verim...

 
 
Əminəm ki, şəhid övladlarının uyğun olmayan yerdə dəfn edilməsi ilə bağlı şəhid valideynlərinin etirazı, səsləri reaksiyasız qalmayacaq və gərəkən tədbirlər həyata keçiriləcəkdir. Şəhidlərimiz qarşısında hamımız borcluyuq, onların əziz xatirəsini yaşatmaq borcumuzdur. Ehtiram göstərmək borcumuzdur. Ən azı bir vəfa borcumuz var. Hansısa məmurun, instansiyanıın vicdansız davranışı, yaxud bilməyərəkdən hərbi əməliyyatların qızğın vaxtı tam düşünülməmiş addımı problem yaradıb. Hökumətin də üzərinə düşən bu yanlışı tez bir zamanda Şəhid adına, fəxarətinə layiq bir şəkildə həll edilməsidir. Gərək onların səsi kabinetlərdə eşidilərdi ki, küçədən etirazla səslənmələrinə ehtiyac qalmazdı. Görünür bir çox məmurlara hələ də vətən dərsi, vicdan ibrətini öyrətmək, başa salmağa ehtiyac var. Şübhəsiz ki, bu cür addımlar cəzasız qalmır və qalmamalıdır.
 
 
Lakin bir məsələ də aşkardır ki, bəzi qüvvələr, qruplar bu məsələnin həllindən çox, şişirdilməsinə maraq göstərirlər, açıq görünür ki, qarşıdurma yaratmaq, nifaq salmaq niyyəti var. Youtube-da 200 dollar qazanmaq, izləyici artırmaq naminə qəsdən elə başlıqlar qoyulur ki, sanki ölkəmizdə vətəndaş müharibəsi gedir... Xüsusən yenə polisin bu məsələlərdə hədəfə gətirilməsi tam bir VİCDANSIZLIQDIR.
 
 
Mərkəzi küçədə yol bağlanıb, polis nə etməlidir? Bu halda bütün dünyada polis nə edirsə, Azərbaycanda o addım atılır, asayişi mühafizə tədbirləri görülür. Həmçinin qəbristanlıq ərazisində də polis yalnız xidməti vəzifəsini yerinə yetirərək, asayişin qorunmasına, qarşıdurma yaranmamasına nəzarət edir. Bu cür emosional vəziyyətdə polis təmkinini qoruyur. Bu çox çətin və doğurdan da ağır bir yükdür, bu cür şəraitdə soyuqqanlığı saxlayaraq öz vəzifələrini icra etməyin çətinliyini klaviatura qəhrəmanları çətin anlayar, amma şəhid dəfnlərində iştirak edənlər, şəhid ailələrini ziyarət edənlər bu yükün ağırlığının fərqindədirlər.
 
 
Bu prosesdə, emosional vəziyyətlərdə hansısa kiçik insidentlər də istisna deyil. Amma bunu şişirtmək, sensasiyaya çevirmək cəhdi çox cılız bir hərəkətdir və sırf şəxsi mənfətə, marağa xidmət edir. Reytinq, Youtube baxışlarına görə videoçəkilişlər - “Şəhid ailələrinin üstünə polis qüvvələri yeridildi” başlığı ilə yayanlar, yazanlar elə Şəhidlərin ruhuna, bu Vətənə və xalqa ən böyük pisliyi edirlər...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı