“Erməninin Qarabağda faşist Njdeyə heykəl qoyması şəhidimizə təhqirdir” - MÜSAHİBƏ

13:42 28-01-2021 | icon 1003 | Siyasət
“Erməninin Qarabağda faşist Njdeyə heykəl qoyması şəhidimizə təhqirdir” - MÜSAHİBƏ

Hafiz Hacıyev: “Bu heykəlinin hansı yolla sərhəddən keçirilib Azərbaycana gətirilməsi araşdırılmalıdır”

 

 

Qarabağda qalan erməni millətçilərinin Rusiya sülhməramlılarının iştirakı ilə Xocavənddə cəllad, faşist Qaregin Njdeyə heykəl qoyması ölkə ictimaiyyətinin qəzəbinə səbəb olub. Ermənilərin Azərbaycan ərazilərində özbaşına hərəkətlərini himayə edən sülhməramlıların öz səlahiyyətlərini aşması isə birmənalı deyil.

 

Nə baş verir, ermənilərin Qarabağda sülhməramlıların iştirakı ilə bu cür özbaşına hərəkətlərinin arxasında hansı maraqlar dayanr?

 

Bu barədə Versus.Az-a müsahibə verən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev çox maraqlı nüansalara diqqət çəkib.

 

“Hərbçilərimiz o abidəni dağıtmalıdır”

 

- Hafiz müəllim, ermənilərin Qarabağda Rusiya sülhməramlılarının gözü qarşısında faşist Njdenin heykəlini gətirib Xocavənddə qoyması nədən xəbər verir?

 

- Erməni millətçilərinin Qarabağda ağlına gələn hərəkətlər etməsi partiyada çox narahatlıq doğurur. Ermənilərin faşist heykəlini ərazilərimizdə ucaltması 44 günlük müharibənin üzərinə kölgə salmağa yönəlir. Bu heykəlinin hansı yolla Azərbaycana gətirilməsi, hansı yolla sərhəddən keçirilməsi araşdırılmalıdır.

Hərbçilərimiz o abidəni dağıtmalıdır. Belə bir cinayətkarın heykəlinin ərazimizdə qoyulmasına imkan verən Rusiyanın sülhməramlılar təcili ordan çıxarılmalıdır. Bu saata qədər məsələ ilə bağlı bir dənə də açıqlama verməyən Azərbaycanın xarici işlər naziri Rusiyadan açıqlama tələb etməlidir. Rus sülhməramlılarından türkün ən qatı düşməni olan faşıstin heykəlinin sərhəddən necə gətirilməsinin hesabını soruşmalıdır. Buna biganə qalmaq olmaz.

 

- Ekspertlər bildirirlər ki, ermənilərin bizim ərazimizdə bu özbaşınalığı da təxribat, qıcıq doğurmaq xarakteri daşıyır. Bir çox siyasilər hesab edir ki, belə xırda məsələlərə başımızı qatmamalıyıq, onsuz da torpaqlar azad olunacaq və biz o ərazilərə gedəcəyik. Bu barədə nə söylərdiz?

 

- Bilirsiz, biz bu söz yığnağından əl çəkməliyik. Faktiki olaraq Azərbaycan torpaqlarında düşmən sərhədləri aşır, özbaşınalıq edirsə, onun cavabı dərhal verilməlidir. Bəli, torpaqlarımızı əsgərlərimiz azad edib, indi biz də hansısa erməninin rusla birləşib, bura erməni cinayətkarının heykəl qoymasına imkan verməli deyilik axı. Bu cür özümüzə təsəlli verən nağıllardan canımızı qurtarmalıyıq. Nə qədər nağıl danışmaq olmaz e, gəlin qurtaraq da bir-birimizin başını qatmaqdan. Düşmən məğlubdursa, məğlub kimi davranmağa məcbur edilməlidir.  Fakt budur ki, ermənilər bizim gedə bilmədiyimiz ərazilərə çox rahatlıqla gedir. Hətta Rusiyada belə qadağan olunan faşistin heykəlini gətirib şəhidlərin qanı hesabına azad olunan torpağımıza qoyublar. Əgər zəfər çalan torpaqda gətirib faşistin heykəlini qoyurlarsa, biz nədən danışırıq. Bir az da real olaq. Ona görə də hansı siyasətçi, kimsə deyirsə ki, buna ciddi yanaşmayaq, daha ciddi işlərlə məşğul olaq, bu da yalnışdır.

 

“Daxildə böyük çaxnaşmalar yaratmaq istəyirlər”

 

- Necə hesab edirsiz, belə bir vəziyyətin ortaya çıxması nə ilə bağlıdır?

 

- Mən hesab edirəm ki, ölkədə belə bir vəziyyətin yaranmasının başında duran “5-ci kolon”dur və onun başçısı Ramiz Mehdiyevdir. Bilirlər ki, Azərbaycan xalqı belə təhqirə dözməyəcək. Belə hallardan istifadə edərək daxildə böyük çaxnaşmalar yaratmaq istəyirlər. Azərbaycan xalqında 44 günlük müharibədə qazanılan uğura qarşı bir ümidsilik yaradacaqlar. Erməninin Qarabağda faşistə heykəl qoyması 3 mindn artıq şəhidimizin adına təhqirdir. Və bunun üçün də Ali Baş Komandan ciddi addımlar atmalıdır. Bilməlidir ki, ətrafı ona xəyanət edir, hamısı ermənilərlə, millətçi ermənilərə dəstək verən ruslarla əlbirdir. Partiyamızın bu rayon üzrə təşkilatları dözə bilmirlər. Düşmən qüvvələr bundan istifadə edərək daxildə çaxnaşma yaratmağa çalışırlar.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR