“Rus sülhməramlıları istəsəydilər, orda heç bir heykəl qoyulmazdı”

14:29 28-01-2021 | icon 784 | Siyasət
“Rus sülhməramlıları istəsəydilər, orda heç bir heykəl qoyulmazdı”

“Ermənilər yenə kiminsə burnunun qanamasını istəyirlərsə, təşkil edə bilərik”

 

Qarabağlı ermənilər Xocavənddə cəllad və faşist Qaregin Njdeyə heykəl qoyublar. O Njdeyə ki, “Türkə qarşı mübarizəsiz bir gün olmamalıdır” şüari ilə çıxış edən bir faşistdir.

 

Faşist ideologiyasını müdafiə edən separatçı ermənilər hələ 1991-ci il noyabrın 20-də Azərbaycanın Xocavənd rayonunun Qarakənd kəndinin üzərində "Mİ-8 N72" helikopterini vurmuşdular. Hadisə nəticəsində 22 nəfər Azərbaycan ziyalısı həlak olmuşdu.

Ermənilər faşist Qaregin Njdeyə Ermənistanda və Rusiyada heykəl, lövhə qoyublar. Bu fakt Böyük Vətən Müharibəsi iştirakçılarının sağ qalanlarına, ölənlərin ruhlarına, Holokost qurbanlarının xatirəsinə hörmətsizlik kimi dəyərləndirilib.

Azərbaycan Prezidenti İlham Əliyev də Aşqabad sammitində bildirmişdi: “Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib”.

 

Bu gün isə məhz Rusiya sülhməramlılarının nəzarəti altında faşistə Azərbaycan ərazisində belə bir heykəlin qoyulması hansı anlama gəlir, Azərbaycan hansı addımları atılmalıdır?

 

 

 

Politoloq Fikrət Sadıqov açıqlamasında bildirib ki, indi faşistə heykəl qoyan erməni separatçıları ilə müharibə aparmaq fikrində deyilik. Lakin qəti olaraq buna qarşı etiraz bildirilməlidir.

 

“Mən ermənilərin bu hərəkətini qıcıqlandırıcı addım hesab edirəm. Onlar buna münasibətimizin necə olacağını çox gözəl dərk edirlər və təxribat yaratmaq istəyirlər. Əgər ermənilər yenə kiminsə “burnunun qanamasını” istəyirlərsə, onu təşkil edə bilərik. Amma biz də yaxşı bilirik ki, Xocavənd Azərbaycana məxsusdur və faşist ermənilərin orda qalması müvəqqəti xarakterlidir”.

 

Politoloq hesab edir ki, bütün hallarda erməni özbaşınalığına qarşı susmamalı, etirazımızı bildirməliyik.

 

“Biz məsələni Rusiya və sülhməramlıların qarşısında qaldırıb, buna qəti şəkildə etiraz etməli və heykəlin ordan götürülməsinə nail olmalıyıq. Amma rus sülhməramlıları istəsəydilər, orda heç bir heykəl qoyulmazdı. Şübhə etmirəm ki, buna göz yumub, onlar üşün şərit yaradıblar. Bu qəti şəkildə yoverilməzdir”.

 

 

 

 

Millət vəkili Asim Mollazadə bildirib ki, bu gün beynəlxalq Holokost günüdür və ermənilərin Azərbaycan ərazisində Njdenin heykəlini ucaltması Ermənistanın faşist mahiyyətini bir daha ortaya qoyur:

 

“Bu gün bütün dünya, eləcə də Azərbaycan II dünya müharibəsində Almaniya faşizmi tərəfindən qətlə yetirilmiş yəhudiləri yad edir. Njde “SS”-çi idi və o, işğal olunmuş Sovet İttifaqının ərazisində yəhudilərin və digər millətlərin kütləvi qətlində iştirak eləmiş bir cinayətkardır. Rusiya faşizmlə mübarizədə çox qurbanlar verib və bir faşistin heykəlinin Rusiyanın nəzarətində olan ərazidə ucaldılması dünyaya hörmətsizliklə yanaşı, Rusiyaya qarşı təhqirdir”.

 

Millət vəkili bildirib ki, artıq Rusiya nümayəndələri bu barədə fikirlərini ifadə ediblər. Onun sözlərinə görə, Nejdəyə heykəl qoyulması faşizmin təbliğatının real göstəricisidir:

 

“30 ildir ki, Azərbaycan bu faşizmin real fəaliyyəti ilə üz-üzə qalıb və bu gün bizim mübarizəmizin bir forması da faşizm ideologiyası ilə mübarizədir. Ermənilər belə heykəllər ilə öz dəyərlərini qabardırlar”.

 

Rusiyanın bəzi şəhərlərində də Nejdenin heykəllərinin olduğunu deyən millət vəkili qeyd edib ki, əslində Rusiyada faşzmin təbliğatı qanunvericilik baxımından qadağan olunub:

 

“Ola bilər ki, sülhməramlılar bunu başa düşmürlər. Amma Rusiya sülhməramlıları öz ölkələrinin qanunlarına riayət etməlidir”.

 

Rusiya sülhməramlılarının qanunla qadağan edilən heykəlin Azərbaycanda qurulmasına gözardı yanaşmasına gəlincə, A.Mollazadə bildirib ki, buna qarşı tədbirlər görülməli və bütün dünyanın diqqəti buna cəlb edilməlidir.

 

 

 

 

Politoloq Tofiq Abbasov bildirib ki, Ermənistan məğlub olan bir tərəfdir və sıxıntılar içində çabalayaraq özünün mənfur ideologiyasının simvollarını  guya yaşadır və guya bununla Azərbaycana göz dağı verir.

 

Politoloq hesab edir ki, ermənilərin faşistə abidə qoyması əslində onların zəifliyindən irəli gəlir:

 

“Amma bu o demək deyil ki, biz bu cür hallarla barışmalıyıq, xeyir. Bütün bunların cavabı veriləcək. Biz uzun müddət işğala qarşı öz hazırlıqlarımızı görürdük. Bir çoxları - daxildən, xaricdən deyirdilər ki, Azərbaycan müharibə aparmaq iqtidarında deyil. Azərbaycan döyüşkən milət deyil, dünya ermənilərin arxasındadır. Amma biz əsas məsələni həll eləmişik, əsgərlərimiz düşməni məğlub edib. İndi işğaldan azad olunmuş əraziləri bərpa etməliyik və bütün dünya rayonlarımızın necə dağıdıldığını görür. Bizim əsas hədəflərimiz budur. Ermənilər cılız, yararsız hərəkətlərə yol verməklə bizi çaşdırmaq istəyirlər. Bütün bunların hamısı onlar üçün heç bir rol oynamayacaq. Onsuz da yararsız erməni simvollarını dağıdacağıq. Biz Xankəndinə, Xocalıya bayrağımızı taxacağıq və hər şey yoluna düşəcək. Sadəcə ermənilərin belə cılız oyunlarına başımızı qatmamalıyıq”.

 

Sülhməramlıların müşahdəsi altında belə bir heykəlin qoyulmasının anlamına gəlincə, T.Abbasov  bu məsələyə hər hansı müdaxilənin edilməsinin onların səlahiyyətində olmadığını deyib:

 

“Sülhməramlılar orda ona görə yerləşdiriliblər ki, üz-üzə  dayanan tərəflər arasında münaqişə yaranmasın. Siz deyən məsələ onların səlahiyyətinə daxil deyil. Orda digər qaniçənlərinin də şəklini qoyublar. Bu onların çarəsizliyindən irəli gəlir. Bütün dünyada ermənilər xəcalətindən ölür. Hamıdan imdad diləyirlər. Bunların xisləti budur. Vaxtı gələndə bunların hamısına əncam tapacağıq”. /“Həftə İçi”/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR