Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzi öz işinə başlayacaq

17:26 29-01-2021 | icon 856 | Qarabağ
Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzi öz işinə başlayacaq

Sabah işğaldan azad edilmiş Ağdam şəhərində Türkiyə-Rusiya Ortaq Monitorinq Mərkəzinin rəsmi açılış tədbiri keçiriləcək.

 

Versus.Az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” məlumat yayıb.

 

Qeyd olunur ki, Monitorinq Mərkəzində Rusiya və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin ötən il 10 noyabr tarixində imzaladığı üçtərəfli bəyanatının müddəalarının icrasına birgə nəzarət edəcəklər.  

 

Rusiya Xalqlar Dostluğu Universitetinin Filologiya fakültəsinin Jurnalistika nəzəriyyəsi və tarixi kafedrasının baş müəllimi Kamran Həsənov “Vestnik Kavkaza”ya müsahibəsində bildirib ki, Ortaq Monitorinq Mərkəzi Rusiya sülhməramlılarının məsuliyyət zonasında müharibədən sonrakı vəziyyətə nəzarət prosesində balans funksiyasını icra edəcək:

 

“Türkiyənin orada olması Ankaranın proseslərə təsir göstərməsi üçün vacibdir. Rusiya da əsas sülhməramlı qüvvə olaraq bu layihədə iştirak edir, rusiyalı və türkiyəli mütəxəssislər birlikdə zorakılığın alovlanmamasına nəzarət edəcək, proseslərin sülh şəraitində davam etməsinə və gələcəkdə əsaslı həllinə şərait yaradacaqlar”.

 

Ekspert əlavə edib ki, Rusiyanın mövqeyi aydındır və sülhməramlı tərəf olaraq bütün bu prosesləri öz nəzarəti altına alıb:

 

“Qarabağ müharibəsi dövründə Azərbaycanı fəal şəkildə dəstəkləyən Türkiyəyə monitorinq mərkəzində fəaliyyət Qarabağdakı müharibədən sonrakı proseslərdə birbaşa iştirak etmək üçün gərəklidir. Xüsusilə, rəsmi Ankara Bakının mənafelərinin heç bir şəkildə pozulmamasını təmin edəcək və bəyanatın bütün müddəalarının yerinə yetirilməsində Azərbaycanı dəstəkləməyə davam edəcək”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb