Rus hərbçilər Birgə Mərkəz üçün texnika ilə Ağdama gəldi - Video
Rusiya hərbçiləri Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin yerləşəcəyi Ağdam rayonuna gəlib.
Versus.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sülhməramlılar bir neçə gün ərzində hərbiçilərin dislokasiya məntəqəsinin yerləşdiyi Xankəndi şəhərində Mərkəzin strukturunu, məqsəd və funksiyalarını, işinin təşkili qaydasını, eləcə də yerləşdikləri ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrəniblər.
Qeyd edək ki, Qarabağda atəşkəs rejiminə nəzarət üzrə Rusiya-Türkiyə Monitorinq Mərkəzi bu gün Ağdam rayonunda fəaliyyətə başlayır.
Xəbər lenti
"Ölkəmizə qara hədyanlar yağdıran bu qüvvələrin məqsədi başqadır”
“Bu konfrans çağdaş dövrümüzün ən uğurlu hadisəsi kimi öz nəticəsini göstərəcək"