Cəbhəyanı ərazilərdə hərbi sursatlar zərərsizləşdirildi

09:49 02-02-2021 | icon 468 | Müharibə
Cəbhəyanı ərazilərdə hərbi sursatlar zərərsizləşdirildi

Yanvarın 30-u fevralın 1-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağcabədi, Füzuli, Goranboy, Tərtər, Xocavənd rayonları, Gəncə və Şuşa şəhərləri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 13 müraciət daxil olub.

 

ANAMA-dan bildirilib ki, daxil olmuş çağırışlar əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 15 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 199 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina, 2 782 ədəd müxtəlif çaplı patronlar, 8 ədəd detonator və 9 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

 

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 14 483 931 kv.m (1 448 ha) ərazi yoxlanılıb, 119 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilib, 296 tikili yoxlanılıb.

 

Agentliyin partlayış qrupu tərəfindən 231 ədəd partlamamış hərbi sursat (PHS) və 421 ədəd mina zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 97 398 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb