Yerin yaxınlığındakı qalaktikada MÜƏMMA

09:09 03-02-2021 | icon 321 | Maraqlı
Yerin yaxınlığındakı qalaktikada MÜƏMMA

Astronomlar ilk dəfə olaraq kiçik və çox qədim cırtdan qalaktikada qaranlıq maddənin genişlənmiş halosunu kəşf ediblər. Müəlliflərə görə, bu, Kainatdakı ilk qalaktikaların əvvəllər düşünüləndən daha kütləvi olduğunu göstərir.

 

“RİA Novosti”nin məlumatına görə, tədqiqatın nəticələri “Nature Astronomy” jurnalında yayımlanıb.

 

“Süd Yolu” onlarla cırtdan qalaktikalarla əhatə olunub. Bunların arasında Yerdən cəmi 163 min işıq ili məsafəsində yerləşən ultra incə cırtdan “Toucan II” qalaktikası da var.

 

Belə hesab olunur ki, metal tərkibi az olan ulduzlar kainatda hələ ağır elementlərin yaranmadığı dövrdə meydana gəlib. “Toucan II” də ulduzlarının metal tərkibinə görə kimyəvi cəhətdən ən ibtidai qalaktikalardan biridir.

 

ABŞ-dakı Massaçusetts Texnologiya İnstitutunun (MIT) astronomları astrofizikləri, Böyük Britaniya və Avstraliyadan olan həmkarları ilə birlikdə, “Toucan II” qalaktikasına aid, lakin mərkəzdən olduqca uzaqda olan bir neçə ulduz aşkar ediblər. Tədqiqatçıların fikrincə, bu, onun əvvəllər düşünüldüyündən üç-beş dəfə daha kütləli qaranlıq materiya halosuna sahib olmasını göstərir.

 

“Qaranlıq maddə olmasaydı, qalaktika sadəcə dağılardı. Qaranlıq maddə - qalaktikaların yaranmasının və dayanmasının vacib bir hissəsidir”, - deyə məqalənin həmmüəllifi, MIT aspirantı Anirudh Çiti izah edib.

 

“Bu qədər uzaq ulduzları birləşdirdiyi üçün “Toucan II” qalaktikasının düşündüyümüzdən daha çox kütləsi var imiş”, - deyə o, əlavə edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR