“4 il yarımda nəsə baş vermirsə, guya 6 ayda nə dəyişəcək?”

18:34 06-02-2018 | icon 562 | Siyasət
“4 il yarımda nəsə baş vermirsə, guya 6 ayda nə dəyişəcək?”

“Seçkinin oktyabrda, yaxud apreldə keçirilməsinin xüsusi müzakirə olunmasına səbəb görmürəm. Sadəcə, 2018-ci ildə baş verəcək seçki prosesinin keçirilməsi bir az əvvələ çəkilib. Prezident seçkiləri 5 ildən bir keçirilir və istər iqtidar, istərsə də müxalifət, onların fəaliyyətində 4 il yarımda nəsə baş verməyibsə, guya 6 ayda nə dəyişəcək?”

Bunu Versus.Az-a Millət vəkili Fəzail İbrahimli Prezident seçkisinin vaxtının önə çəkilməsi və müşahidə olunan müzakirələrlə bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, növbədənkənar seçkilər cəmiyyətin seçkiyə və onun verəcəyi səsə hər hansı formada təsir etməyəcək:

“Əgər sərəncam verilsəydi ki, seçki hardasa xarici bir ölkədə keçirilsin, o zaman buna dəyişiklik kimi baxmaq olardı. Seçki Azərbaycanda keçirilir və seçkiyə gedənlər də həmin adamlardır. Burda hər hansı fövqəltəbii hadisə görmürəm. Ona görə də dövlət başçısının belə bir sərəncam verməsi tam qanunidir”.

F.İbrahimli müxalifətin seçkinin önə çəkilməsi ilə bağlı yetərincə hazırlıq apara bilməyəcəyi təşvişinə haqq qazandırmayıb:

“Axı 5 il cəmiyyətə təqdim edəcək bir iş görə bilmədilərsə, bu 6 ayda nə edəcəkdilər? Bunlar dərsini bilməyən uşaq kimi hərəkət edirlər. İlboyu oxumur, imtahana 3 gün qalmış başlayır hazırlaşmağa və gəlir kəsilir. Sonra da şikayətlənir ki, zəhmətim hədər getdi. Seçki də bir siyasi imtahandır, ona ilboyu hazırlaşmaq lazımdır”.

Millət vəkili seçkinin önə çəkilməsində hakimiyyətdaxili ziddiyyətlərin səbəb kimi qeyd edilməsini də yersiz bəhanə adlandırıb:

“Bizə yalnız seçkinin ədalətli keçirilməsi lazımdır. Vahid namizədi olan hakimiyyətin daxilində nə baş verə bilər ki, heç nə”…

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR