Ağdamdakı partlayışda həlak olan əsgərimiz

09:42 05-02-2021 | icon 743 | Şəhidlər və şahidlər
Ağdamdakı partlayışda həlak olan əsgərimiz

Xəbər verdiyimiz kimi, ötən gün günorta saatlarında Ağdam rayonu ərazisində baş verən partlayış nəticəsində bir əsgərimiz həlak olub, ikisi isə yaralanıb.

 

Versus.Az xəbər verir ki, hadisə nəticəsində həlak olan əsgər Zeynalov Qubad İslam oğludur. 

 

Vətən müharibəsinin iştirakçısı olan Zeynalov döyüşlər zamanı yaralansa da, sonradan yenidən cəbhəyə qayıtmışdı. O, döyüşlərdə göstərdiyi şücaətə görə Prezident İlham Əliyev tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdi.

 

Əslən Hacıqabul rayonundan olan 19 yaşlı Qubad Zeynalov 2019-cu ildə orta məktəbdən məzun olub hərbi xidmətə yollanmışdı.

 

Qeyd edək ki, sözügedən hadisə zamanı digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və  Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.

 

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. /Qafqazinfo/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb