Komitə sədri Özbəkistanın ölkəmizdəki səfiri ilə görüşüb

20:27 12-02-2021 | icon 709 | Mədəniyyət
Komitə sədri Özbəkistanın ölkəmizdəki səfiri ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Özbəkistanın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri cənab Baxrom Aşrafxanovla Mədəniyyət Komitəsində görüşüb.

 

Versus.Az Görüşdə qarışılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Qardaş ölkə səfiri ilə görüşməkdən məmnunluq ifadə edən Komitə sədri, Azərbaycanla Özbəkistan arasındakı möhkəm tarixi bağlardan, mədəniyyət birliyindən danışıb.

 

Q.Paşayeva Prezidentlər İlham Əliyevlə Şavkat Mirziyoyev cənablarının ölkələrimizin bütün əməli fəaliyyət sahələri üzrə daha sıx əməkdaşlığı üçün həyata keçirdiyi işlərin hər bir məsul şəxs, ictimai xadim və ziyalı üçün də örnək olduğunu vurğulayıb.

Milli Məclisin Sədri Sahibə xanım Qafarovanın rəhbərliyi ilə Milli Məclisin də qarşılıqlı əlaqələrin güclənməsi üçün öz töhfələrini verdiyini qeyd edən Q.Paşayeva, Mədəniyyət Komitəsinin xətti ilə həyata keçirilən tədbirlərdən də danışıb. Q.Paşayeva Azərbaycan Prezidentinin Şuşanı Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsi, Şuşada keçiriləcək "Xarı bülbül" festivalı və "Vaqif Poeziya Günləri"i, habelə 2021-ci ilin Azərbaycanda Nizami İli, Özbəkistanda isə Nəvainin İli elan edilməsi barədə fikirlərini bölüşüb. Özbəkistanla Azərbaycan arasında mədəniyyətyönümlü müxtəlif layihələrin keçirilməsi və bir sıra başqa qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikirlərin bölüşüldüyü görüşdə mədəni əlaqələrin daha da gücləndirilməsinin hər iki qardaş ölkə xalqı üçün maraqlı olduğu vurğulanıb. Görüşdə, parlamentlərin müvafiq dostluq qrupları arasındakı səmimi münasibətlərin, eləcə də mədəniyyət komitələri arasında əlaqələrin daha da güclənddirilməsinin hər iki tərəf üçün maraqlı olduğu bildirilib.

 

Şuşanın türk dünyası və islam dünyasının paytaxtı elan olunması ilə bağlı ölkə başçısına əlaqədar beynəlxalq qurum rəhbərləri tərəfindən təkliflər olduğunu xatırladan Q.Paşayeva qardaş ölkə səfirinə üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı və özbəkcə işıq üzü görmüş "Qarabağ hekayələri" kitabını təqdim edib. Səfir Baxrom Aşrafxanov səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib, öz ürək sözlərini bildirərək, parlamentlərin mədəniyyətlə bağlı uyğun komitələri arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi üçün hər cür dəstək göstəriləcəyini bildirib.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR