"Hakimiyyət Rəsul Quliyevin qayıdışına imkan yaratsa..."

10:48 18-02-2021 | icon 775 | Siyasət
"Hakimiyyət Rəsul Quliyevin qayıdışına imkan yaratsa..."

Fuad Əliyev: "Məncə bu xoş niyyətlə uzadılan əli sıxmaq vaxtıdır"

 

1996-cı ildən bəri Amerikada mühacir həyatı yaşayan sabiq spiker Rəsul Quliyevin son günlər Azərbaycana qayıdacağı yönündə iddialar səslənir. 73 yaşlı R.Quliyevin ölkəsinə qayıdışına pozitiv yöndə yanaşanlar çoxluq təşkil edir.

 

Hesab edilir ki, 25 ildən çoxdur Amerikada yaşayan və yaşı 70-i ötən bir şəxsin bundan sonra həyatını doğma vətənində yaşaması daha məqbul olardı.

 

Versus.Az xəbər verir ki, eyni zamanda, vaxtı ilə sabiq spikerə qarşı irəli sürülən ittihamlar da müzakirə edilir. O qayıdarsa, ölkə siyasətində nələrisə dəyişə biləcəyi barədə də suallar meydana çıxıb.

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin fikrincə, Rəsul Quliyevin Azərbaycana qayıtması üçün heç bir maneə yoxdur:

 

“Vaxtı ilə onunla müttəfiq olduğuma görə və yaxından tanıdığım üçün bilirəm ki, ona qarşı sürülən ittihamlar əsassız idi. İndi də normal və xoş münasibətlər var. ABŞ-da olanda Rəsul müəllimlə zəngləşirdik, vaxtı olanda görüşürdik. Çox istərdim ki, onunla Bakıda görüşüm. Baxmayaraq ki, son vaxtlar fəaliyyəti aktiv deyildi, amma çox təcrübəli siyasətçidir".

 

Fuad Əliyev hesab edir ki, hakimiyyət onun qayıdışına imkan yaratsa, bir daha iqtidarın müxalifətə münasibətinin müsbət dəyişməsinin şahidi olarıq:

 

"Rəsul Quliyevin 2008-ci ildə keçirilən prezident seçkilərində rəsmi olaraq İlham Əliyevə dəstək verməsini, son kadr dəyişiklərini müsbət qiymətləndirməsini onun barışıq əlini uzatması kimi qiymətləndirmək olar. Məncə bu xoş niyyətlə uzadılan əli sıxmaq vaxtıdır”. /Yeni Müsavat/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR