“Bəziləri kimi oturub gözləmirik ki, görək kimdən nə sifariş gəlir”

14:57 05-02-2018 | icon 516 | Siyasət
“Bəziləri kimi oturub gözləmirik ki, görək kimdən nə sifariş gəlir”

“Ciddi kadr islahatları seçkidən sonra aparılacaq”

Prezident İlham Əliyevin fevralın 5-də imzaladığı “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncamı siyasi partiyalarda həyəcanla qarşılanıb. Digər müxalifət partiyalarından fərqli olaraq, Müasir Müsavat Partiyası bu sərəncamı müsbət qarşılayıb.

MMP sədri Hafiz Hacıyev məsələylə bağlı Versus.Az-a açıqlamasında bildirib ki, partiya olaraq digər siyasi təşkilatlar kimi oturub xaricdən nə zaman kömək gələcəyini gözləmədikləri üçün növbədənkənar seçkilərə demək olar ki, hazırlıqlı vəziyyətdədilər:

“Müasir Müsavat Partiyası özünü “ana”-“dədə” müxalifət adlandıran partiyalar kimi seçkidən-seçkiyə canlanmır. Mətbuata nəzər yetirsələr görərlər ki, ən aktiv müxalifət partiyası Müasir Müsavat, ən aktiv partiya sədri Hafiz Hacıyevdir. Keçən seçkidən sonra oturub bir də 5 il sonranı gözləmədik ki, görək kimdən nə göstəriş gəlir. Əksinə, daha fəal olduq. İctimai-siyasi proseslərə laqeyd qalmadıq, korrupsiyaya qarşı mövqeyimizi ortaya qoyduq. Bizim partiya işini belə qurub ki, seçki qurtardısa növbəti seçkilərə hazırlığı qarşımıza məqsəd qoyuruq”.

MMP sədri bildirib ki, ötən seçkilərdən indiyədək partiya olaraq harda boşluqlar, çatışmazlıqlar var idisə onları düzəldiblər. Bu baxımdan bu gün qarşıdan gələn demək olar ki, bütün seçkilərə hazırdılar. H.Hacıyevin fikrincə, o partiyalar ki, seçkiyə hələ hazır olmadıqlarını deyirlər, onlar “sezonşik”dirlər:

“Cənab prezidentin bu qərarı Azərbaycanın maraqlarına cavab verir. Bizim qarşımızda Dağlıq Qarabağ məsələsi kimi problem dayanır, sabitliyin qorunması zəruridir. Regionda gedən prosesləri biz qabaqlamalıyıq. Seçkidə ya İlham Əliyev, ya da mən seçiləcəyəm. Prezident seçilsəm korrupsioner məmurların başına dünyanı dar edərəm. Ciddi kadr islahatları seçkidən sonra aparılacaq. Rüşvətxorlar vəzifələrindən uzaqlaşdırılacaq, oğurladıqları pullar əllərindən alınacaq”.

Müxalifət düşərgəsindən “boykot” taktikasına önəm veriləcəyi kimi mesajlara gəlincə, H.Hacıyev “İndiyənə kimi “boykot” etdikləri hansı hadisənin müsbət nəticəsini görüblər ki, bundan sonra da nə görələr? Kim “boykot” edəcək, hakimiyyətdəki havadarlarının sifarişi ilə 2-3 dəfə mitinq keçirən Kərimov Əli? Etsin də, etsin görək nolacaq. Partiyasından da hamını perik salıb, bir dənə də olsun onu dəstəkliyən partiya yoxdur”- deyə vurğulayıb.

Ülviyyə İbrahimli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR