Deputat qarlı havada şəhərin iflic olmasından yazdı

09:55 26-02-2021 | icon 551 | Siyasət
Deputat qarlı havada şəhərin iflic olmasından yazdı

Razi Nurullayev: "İcra hakimiyyəti bu iki gündə işlərinin öhdəsindən gələ bilmədi"

 

"Əzizbəyov heykəlinin yanından dönüb Parlamentə gedirəm. Məktəbin qarşısında yolun qırağında bərkimiş və çox çirkli qar topaları yığılıb. 5-6 qadın Fərhad kimi külüng çalır, donmuş çirkli qarı parçalayıb yola tökürlər".

 
 
Versus.Az xəbər verir ki, bunu "facebook" hesabında deputat Razi Nurullayev yazıb.
 
 
R.Nurullayev bu texnologiya əsrində yaşlı qadınların bu vəziyyətdə çalışmasının heç də başadüşülən olmadığını vurğulayıb:
 
 
"Məgər şəhər təsərrüfatının maşınları yoxdur? Axı təzələri də alınıb. Bu çirkli qarı niyə yola töküb zibilləyirsiniz? Traktor kürüsün, toplasın, yığsın maşınlara, aparıb töksün ağacların dibinə. O yazıq qadınlar da başqa yüngül təmizlik işləri aparsınlar.
 
Mənim Bakı şəhər icra hakimiyyətinə pis münasibətim yoxdur. Amma deməliyəm ki, bu bir-iki gündə şəhər təsərrüfatı işlərinin öhdəsindən gələ bilmədi. Şəhər iflic oldu, mən də iki gün Novxanıda "girovluqda" qaldım, şəhərə qayıda bilmədim. Olmaz belə!"
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı