"Təsiredici kino nümunələrini mütləq şəkildə ərsəyə gətirməliyik"

22:59 26-02-2021 | icon 273 | Mədəniyyət
"Təsiredici kino nümunələrini mütləq şəkildə ərsəyə gətirməliyik"

Qənirə Paşayeva: "Xocalı faciəsinin rəssamlarımızın yaradıcılığına təsirini nümayiş etdirməliyik"

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva fevralın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş, Mədəniyyət naziri Anar Kərimovun, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi “Unudulmaz faciə” adlı sərginin açılışında çıxış edib.

 
 
Versus.Az xəbər verir ki, Komitə sədri Xocalı soyqırımını sənətin dili ilə də dünyaya çatdırmağa böyük ehtiyac olduğunu vurğulayıb:
 
 
“Bu istiqamətdə bizim də üzərimizə böyük iş düşür. Belə sərgiləri xaricdə də təşkil etməli və Xocalı faciəsinin rəssamlarımızın yaradıcılığına təsirini nümayiş etdirməliyik. Bundan başqa, bu faciəni dünyaya tanıtmaq üçün təsiredici kino nümunələrini mütləq şəkildə ərsəyə gətirməliyik. Bu yerdə, rejissoru Roman Polanski, ssenari müəllifi Ronald Xarvud və Vladislav Şpilman olan məşhur “Pianoçu” filmini yada salmaq və o əsərin yəhudi soyqırımı ilə bağlı dünya ictimai fikrinə nə qədər ismarınc verdiyini xatırlatmaq istərdim. Elə bilirəm ki, öz estetik dəyərləri ilə meydana gələn sənət əsərləri bəzən bir akademik çalışmadan, hüquq sənədindən heç də az təsir oyatmır. Sənətin üfüqünün daha geniş olduğuna və sənətkarlarımızın qiymətli əsərləri ilə Xocalı həqiqətlərimizi daha geniş coğrafiyalara yaya biləcəyimizə inanıram. Füsrətdən istifadə edib, Mədəniyyət nazirliyimizə, İncəsənət muzeyimizə və bu sərginin təşkilində öz əsərləri ilə iştirak edən hər kəsə təşəkkürlərimi yetirirəm”.
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR