"Moskva vəziyyəti gərginləşdirməyə çalışır"

23:20 26-02-2021 | icon 1160 | Siyasət
"Moskva vəziyyəti gərginləşdirməyə çalışır"

Məhəmməd Əsədullazadə: "Prezidentin məhz bu açıqlaması Moskvaya mesajıdır"

 

"Prezident İlham Əliyevin Ermənistanı onun müttəfiqləri yenidən silahlandırılmasını qeyd etməsi və sərt şəkildə tənqid etməsi regionda məhz sülhə təhlükəsizliyə təhdid olan Rusuyanı nəzərdə tutur. Çünki Rusiya Ermənistanın müttəfiqi və bu işğalçı ölkəni silahlandıran dövlətdir. Ermənistanı Azərbaycana qarşı silahlandırır. Ona görə də prezident haqlı olaraq sual verir. Ermenistanı kimə və nəyə görə silahlandırırsız?! Belə bir ölkənin ordusu olmamalıdı tezisini irəli sürməklə, konkret olaraq Moskvanı bu siyasətdən əl çəkməyə çağırır. Təbii ki, Moskva Ermənistani silahlnadirmaqla regionda növbəti illərdə gərginlik yaratmağa çalışır".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında MCP sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
 
 
Politoloq qeyd edib ki, Rusiya Azərbaycana öz geosiyasi layihələrinə üzv olmaq üçün müəyyən təzyiqlər edir. Rəsmi Bakı Rusiyanın bu təkliflərində maraqli deyil. M.Əsədullazadənin sözlərinə görə, Prezidentin məhz bu açıqlaması Moskvaya "sizin layihələrimiz də yer almayacağıq" mesajıdır:
 
 
"Azərbaycan Türkiyə-Böyük Britaniya ilə birgə yeni bir siyasi-iqtisadi və hərbi mərhələyə qədəm qoyub. Bu, Azərbaycanın təhlükəsizliyini gücləndirir. Ona görə də prezidentin ötən günki mövqeyi birbaşa hansı xəttə üstünlük verdiyini göstərir".
 
 
M.Əsədullazadə bildirib ki, regionda yeni bir siyasi mərhələ başlayıb. Onun sözlərinə görə, Qarabağ müharibəsindən sonra Azərbaycan Rusiyanın təzyiqləri qarşısında duruş gətirir. Müstəqil şəkildə Türkiyə ilə birgə kordinasiyalı bir sistem qurur. Türkiyənində hədəfi Cənubi Qafqaz və Mərkəzi Asiyada öz siyasi-iqtisadi mövqelərini möhkəmləndirməkdi:
 
 
"Bu istiqamətdə fəaliyyəti Azərbaycanla həyata keçirir. Qeyd edim ki, Ermənistanda hərbi çevrilişə cəhd məhz Türkiyənin regionda aktiv siyasətinin qarşısınin alınmasına yönəlib. Çünki, "Qarabağ klanı" hakimiyyətə gələrsə, "Mehri dəhlizi" açılmaya bilər. Ona görə də Rusiya rəhbərliyi regionda konkret olaraq öz mövqeyini qorumaqla şərtlərini diktə etməyə çalışır. Türkiyədə bununla razı deyil. Hazırda situasiya gərgindir. Moskva vəziyyəti gərginləşdirməyə çalışır. Amma, buna nail olmayacaq".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR