ALDP sədr müavini “Siyasi dialoqda qadınların rolu” adlı videokonfransda iştirak edib

18:16 07-03-2021 | icon 259 | Siyasət
ALDP sədr müavini “Siyasi dialoqda qadınların rolu” adlı videokonfransda iştirak edib

"Onlar həmrəylik mühitinin qorunmasında bilik və bacarıqlarını əsirgəməyəcəklər"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədr müavini Maisə Cəfərova Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə cari ilin bu gün “Siyasi dialoqda qadınların rolu” adlı videokonfransında iştrak edib.

 

Versus.Az xəbər verir ki, tədbirdə 31 siyasi partiyanı təmsil edən 50-dən artıq qadın iştirak edib.

 

Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin adından görüşdə iştirak edən qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, ölkə rəhbərliyinin siyasi dialoqun təşviqində qadınların daha fəal roluna ümid bəslədiyini bildirib.

 

Görüşün sonunda Administrasiya rəsmisi ölkənin ictimai-siyasi həyatında fəal mövqe tutmuş qadınların bundan sonra da dövlətin inkişafında və cəmiyyətdə yaşanan həmrəylik mühitinin qorunmasında öz bilik və bacarıqlarını əsirgəməyəcəklərində əminliyini bildirib.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR