Komitə sədri aktrisanı yubileyi münasibətilə təbrik etdi

17:30 22-03-2021 | icon 646 | Mədəniyyət
Komitə sədri aktrisanı yubileyi münasibətilə təbrik etdi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın teatr və kino aktrisası Zemfira Əbdülsəmədova ilə Mədəniyyət Komitəsində görüşüb.

 

Versus.Az xəbər verir ki, millət vəkili aktrisanı 60 illik yubileyi münasibəti ilə təbrik edib, ona yeni uğurlar diləyib.

 

Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında aktyor və rejissor sənəti müəllimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa olaraq çalışan sənətçinin tamaşaçıların alqışlarla qarşıladığını vurğulayan Q.Paşayeva onun iki dəfə Prezident Mükafatına layiq görülməsindən məmnunluğunu bildirib. Zemfira Əbdülsəmədovanın yeni nəsil şairlərinin şeirlərini səsləndirdiyini də xatırladan Komitə sədri, onun bədii qiraətçi kimi də sevildiyini söyləyib.

Sənətçini yubileyi və Novruz bayramı münasibətilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edən Q.Paşayeva, ona Komitənin Təbrik Məktubunu və Qarabağ motivli hədiyyələr təqdim edib.

 

Yubilyar görüşə, təbrikə görə Komitə sədrinə təşəkkür edib.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR