Kiyevin fövqəladə hallar xidməti əməkdaşlarından biri olan Artur Morkotenko Çivas ləqəbli pişiyi xilas edərək iş otağında məskunlaşdırıb.
“Korrespondent” nəşrinin verdiyi xəbərə görə, bu barədə dövlət xidmətinin “Facebook” səhifəsində paylaşım edilib.
Məlumata görə, xilasedici sahibinin ölümündən sonra küçəyə atılan və soyuqdan donma təhlükəsi ilə üz-üzə qalan ev heyvanını himayəsinə götürüb.
Hazırda onun iş otağında yaşayan pişik xilasetmə xidmətinin tamhüquqlu əməkdaşlarından birinə çevrilib. Pişik üçün xüsusi forma hazırlanıb və ona “mayor” rütbəsi verilib.
Asudə vaxtlarında mayor Çivas A.Markotinkonun masasındakı qağız qabının içərisində yatır.