“Təcili həmin ərazilər bombardman edilməlidir”
İqbal Ağazadə: “Məskunlaşma həyata keçəndən və obyektlər istifadəyə veriləndən sonra çox gec olacaq”
“Son günlər işğal olunmuş torpaqlarımızda ermənilərin məskunlaşması və sosial obyektlərin tikintisi ilə bağlı KİV-də çoxsaylı informasiyalar tirajlanır. Əgər bu məlumatlar gerçəyi əks etdirirsə, Azərbaycan hökuməti dərhal təxirəsalınmaz tədbirlər görməlidir”.
Versus.Az-ın məlumatına görə, bunu sosial mediada Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib.
Partiya sədri qeyd edib ki, ən ciddi addım kimi bu kəndlərdə hələ məskunlaşma həyata keçməmiş və sosial obyektlər istifadəyə verilməmiş hərbi hava qüvvələrimiz təcili həmin əraziləri bombardman etməlidir:
“Hava qüvvələrimiz heç bir halda Ermənistanın bu siyasəti həyata keçirməsinə seyrçi qalmamalıdır. Kimsədən izn alınmadan, kimsədən qorxmadan, kimsədən çəkinmədən. Əks təqdirdə, məskunlaşma həyata keçəndən və obyektlər istifadəyə veriləndən sonra çox gec olacaq”.
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”