Klubumuz Avropanın ən güclü komandası ola bilər

12:21 30-03-2021 | icon 381 | İdman
Klubumuz Avropanın ən güclü komandası ola bilər

Klublar arasında təşkil olunan şahmat üzrə onlayn Avropa Kubokunda Azərbaycanın “Odlar Yurdu” komandası final mərhələsində mübarizə aparacaq.

 

Versus.Az xəbər verir ki, “Odlar Yurdu” qrupu lider kimi başa vuraraq finalda mübarizəni davam etdirmək imkanı əldə edib. Şəhriyar Məmmədyarovun lideri olduğu komanda qrupda keçirdiyi beş görüşdə iki heç-heçə edib və üç qələbə qazanıb. “Odlar Yurdu” V turda Azərbaycanın digər komandası olan “Təhsil İdman” klubunu 3:1 məğlub edib. “Təhsil İdman” qrup sonuncusu – altıncısı kimi turnirlə vidalaşıb.

 

Bu gün Bakı vaxtı ilə saat 16:30-da final mərhələsinə start veriləcək. Dairəvi sistemlə iki gün keçiriləcək finalda “Odlar Yurdu”nun rəqibləri bu komandalardır: “Ladya”, “Mednı Vsadnik” (hər ikisi Rusiya), “Hamburqer Şaxklub”, “Daytsizau” (hər ikisi Almaniya), “Klişi Eşek 92” (Fransa), “Novı Bor” (Çexiya), “Qildford” (İngiltərə), “Poland Husars” (Polşa), qadın şahmatçıların yarışında isə Avropa Kubokunun son qalibi kimi “Serkl Deşek 92” (Monako).

 

Qeyd edək ki, qalib komandaya “Monte Karlo Kuboku” və dörd min avro veriləcək. Gümüş medalçı üç min, bürünc mükafatçı isə iki min avro alacaq. Dördüncü və beşinci yerləri tutan komandalar isə müvafiq olaraq 1 500 və 1000 avro qazanacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı