Vitse-prezident oldu

13:22 29-10-2018 | icon 581 | İqtisadiyyat
Vitse-prezident oldu

22-23 oktyabr 2018-ci il tarixlərində Düşənbə şəhərində Avrasiya Patent Təşkilatının (APT) İnzibati Şurasının növbəti iclası keçirilib.

 

Əqli Mülkiyyət Agentliyindən Versus.Az-a verilən məlumata görə, iclasın gündəliyinə bir sıra məsələlər çıxarılıb, o cümlədən Avrasiya Patent Təşkilatına üzv dövlətlər ərazində sənaye nümunələrinin qorunmasına dair Protokolun müzakirəsi və ölkəmizin namizədinin Avropa Patent İdarəsinin vitse-prezidenti vəzifəsinə təyin olunması daxil olub.

 

Müzakirələr nəticəsində Azərbaycan Respublikasının xüsusi rəy və təklifləri nəzərə alınaraq sənaye nümunələrinin qorunmasına dair Protokolun ilkin mətni qəbul olunub və ölkəmizin namizədi Avrasiya Patent İdarəsinin vitse-prezidenti vəzifəsinə təyin olunub.

 

Belə nüfuzlu beynəlxalq regional təşkilatda ölkəmizin namizədinin yüksək vəzifəyə təyin olunması ölkədə sahə üzrə dövlət başçısı tərəfindən aparılan məqsədyönlü islahatların, o cümlədən Azərbaycanın regional lider ölkəyə çevrilməsinin daha bir göstəricisidir.

 

Qeyd etmək lazımdır ki, Avrasiya Patent Təşkilatı 1994-cü ildə yaradılıb, ölkəmiz 1994-cü il 9 sentyabr tarixində Avrasiya Patent Konvensiyasını (APK) imzalayıb, 1995-ci ildə isə sənədin ratifikasiya edilməsi ilə təşkilatın tam hüquqlu üzv olub. Təşkilat Avrasiya patent sisteminin fəaliyyəti və Avrasiya patentlərinin verilməsinə dair inzibati vəzifələri yerinə yetirmək üçün təsis olunmuş beynəlxalq təşkilatdır. Hazırda təşkilata 8 üzv dövlət daxildir: Azərbaycan, Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Ermənistan. APT-nin idarəedici orqanları İnzibati Şura və Avrasiya Patent İdarəsidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR