Azərbaycanda gənclərə yaradılan şərait

14:19 29-10-2018 | icon 450 | Siyasət
Azərbaycanda gənclərə yaradılan şərait

 

Avropa ölkələri ilə müqayisə oluna bilər

 

 

Bu gün Azərbaycanın dövlət gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələ yaşamaqdadır.

 

Versus.Az xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov “Müstəqilliyin varisləri - Azərbaycanın gələcəyi” Azərbaycan Gənclərinin VIII forumu çərçivəsində Bakı şəhər zona toplantısında deyib.

F.Cəfərov bildirib ki, dövlətin gənclər üçün yaratdığı şərait Avropa ölkələri ilə müqayisə oluna biləcək səviyyədədir:

 

“Bilirsiniz ki, 2011-ci ildə cənab Prezidentin gənclərlə görüşündən sonra məhz gənclərin istəyi, çağırışı, sosial sifarişi əsasında Gənclər Fondu təsis edilib və fəaliyyət göstərdiyi son 7 il ərzində dörd minə yaxın gənclər və gənclər təşkilatlarından daxil olan layihələri maliyyələşdirib, yüzlərlə gəncin beynəlxalq tədbirlərdə iştirakını dəstəkləyib”.

 

O qeyd edib ki, 2018-ci ilin mart ayında yenə də dövrün çağırışları və tələbləri, gənclərin istəkləri nəzərə alınmaqla cənab Prezident tərəfindən Gənclər Fondunun fəaliyyət istiqaməti əhəmiyyətli şəkildə dəyişdirilib və gənclərə daha yaxşı, daha səmərəli, dövrümüzün tələblərinə uyğun fəaliyyət göstərmələri üçün şərait yaradılıb.

F.Cəfərov bildirib ki, Fondun maliyyələşdirmə istiqamətləri dəyişdirilib və Fond bundan sonra daha çox istiqamətlərdə gənclərə dəstək olacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Dünyanın ən yaxşı ordularına malik ölkələr

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB