Jurnalistlərin Cəbrayıl və Qubadlıya səfərləri başladı

10:45 13-04-2021 | icon 601 | Qarabağ
Jurnalistlərin Cəbrayıl və Qubadlıya səfərləri başladı

Aprelin 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün növbəti səfər Cəbrayıl və Qubadlı rayonlarına təşkil olunub.

 

Versus.Az xəbər verir ki, ETSN-nin mətbuat katibi İradə İbrahimova jurnalistlərə bildirib ki, tədbir iştirakçıları əvvəlcə Cəbrayıl rayonunun Böyük Mərcanlı, Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçirəcəklər:

 

“Sonra isə erməni vandalları tərəfindən məhv edilmiş meşə sahəsinin bərpası məqsədilə ağacəkmə aksiyası baş tutacaq. Səfərin məqsədi işğal dövründə Cəbrayıl və Qubadlı rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafızə olunan təbiət ərazilərinə, çaylara və digər təbii sərvətlərə baxışdır”.

 

İ.İbrahimova əlavə edib ki, səfər zamanı Bərgüşad və Həkəri çaylarının birləşdiyi ərazidə körpə forel balıqlarının çaya buraxılması da baş tutacaq:

 

“Bununla biz ermənilərin törətdiyi ekoloji terrorun fəsadlarının tədricən aradan qaldırılmasına nail olmaq niyyətindəyik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ